Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ucar Rayon Dövlət Yanğından Mühafizənin rəis əvəzinə İTTİHAM-"...qumarxana, əxlaqsızlıq yuvası,..."

 Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Ucar rayonu Qazyan kənd sakini Seyidov Sadiq Əhməd oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayevin qanunazidd əməllərindən bəhs edir. Rəis əvəzi dövlər müəssisəsini qumarxanaya, əxlaqsız yuvasına çevirməkdə ittiham olunur...

Biz müraciətdə yer alan bu və digər iddialarla bağlı qarşı tərəf olaraq rəis əvəzini də dinlədik. Bizimlə telfon söhbətində Ramil Musayev bu deyilənləri şər-böhtan adlandırdı, deyilənlərlə heç bir aidiyyatının olmadığını bildirdi və əlavə etdi ki, bütün bunlar şəxsi ədavətin nəticəsidir. 

Müraciəti müəyyən ixtisarla dərc edirik:  

"Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən mayor Ramil Musayev dövlət idarəsini qumarxanaya və pritona döndərib.Bu biabırçılığı yuxarı orqanlar bilsələr də heç bir tədbir görmürlər.
Belə ki, Ucar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edən Ramil Musayev pul alaraq gecə növbələrində dövlət idarəsində qumar oynayanlara şərait yaradır. Demək olar ki, Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində hər gün qumar oynanılır. Ən biabırçı vəziyyət isə odur ki, Ramil Musayev özü şəxsən qumar oynanılan otaqda oturub seka pulu yığır. Həttda Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinə kənar adamlar əxlaqsız qadınlar gətirib görüşürlər. Bu çirkin yaramaz işlərin müqabilində rəis əvəzi Ramil Musayevə pul verilir. Bilinmir ki, Ramil Musayev burada qumarxana və priton işlədir, yoxsa Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsini icra edir. Həttda belə murdar işlərlə məşğul olduğu üçün 2017-ci ilin dekabr ayında Ramil Musayevə şiddətli töhmət verilmişdir. O, bundan nəticə çıxarmaq əvəzinə çirkin əməllərini daha da genişləndirmişdi. Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində özbaşınalıq, qanunsuzluqlar baş alıb gedir. İdarəyə məxsus avtomobilləri sudurqa xəstəliyi olan şəxslər idarə edirlər. Buna isə diqqət edilmir. Baxmayaraq ki, bu çox təhlükəli bir haldır. Avtomobili idarə edən zaman həmin əməkdaşın sudurqası tutarsa nəticədə qəza yaranar  insan ölümü baş verə bilər. Ramil Musayevin bu vəzifəni icra etməyə nə əxlaqı, nə əməlləri, nədə ki, təcrübəsi yol vermir. Buna görə də mən mətbuat vasitəsi ilə aidiyyatı mərkəzi orqan rəhbərlərindən xahiş edirəm Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsində ciddi yoxlamalar aparıb vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini qumarxanaya, pritona döndərmiş rəisi vəzifəsini icra edən Ramil Musayevin barəsində ciddi tədbirlər görəsiniz. Əks təqdirdə bu yaramazın qanunsuz əməlləri nəticəsində ağır fəlakətlər baş verəcək".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam