Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Beyləqanda tender udmaq üçün Bədəl Bədəlovun “icazə”si lazımdır? –Başçı elə deyir...

Beyləqanda tender udmaq üçün Bədəl Bədəlovun “icazə”si lazımdır?
Asif Ağayev Beyləqanda görüləcək işlərlərdə iştirak etmək istəyən şirkətlərə Bədəl Bədəlovun “icazə”sini alın deyir...

Yenixeber.org: Beyləqan icra başçısı Asif Ağayevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. İş adamlarından daxil olan həmin məlumatda bildirilir ki, Prezidentin Beyləqana səfərindən sonra rayona abadlıq-quruculuq işlərinə bir neçə milyon manat vəsait ayrılıb. Rayon camaatı ilə səmimi söhbətlər edərək, onların problemləri ilə maraqlanan ölkə başçısı bir daha beyləqanlıların qəlbini fəth etdi desək heç də yanılmarıq.

Saytımıza verilən məlumata görə Dövlət başçısının Beyləqan şəhərində abadlıq quruculuq işlərinin aparılması üçün müvafiq tapşırıqlar verməsi və bunun üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırılması ilə bağlı sərəncam imzalaması beyləqanlı iş adamlarının sevincinə səbəb olub.

Məlumatda bildirilir ki, Beyləqan şəhərində görüləcək abadlıq-quruculuq işlərində iştirak etmək istəyən yerli iş adamlarının istəyinə rayon icra başçısı Asif Ağayev tərəfindən müəmmalı şəkildə “stop” qoyulub. Görüləcək işlər üçün elan edilən tenderlərdə iştirak etmək üçün başçının qəbulunda olan bir neçə iş adamına Asif Ağayev deyib ki, bu məsələnin “icazəsi” Dövlət Neft Şirkətinin vitse-prezidenti Bədəl Bədəlova bağlıdır. Yəni Beyləqan şəhərində abadlıq-quruculuq işləri üçün tenderin qalibini Asif Ağayev deyil, onun keçmiş şefi Bədəl Bədəlov həll edəcək.

Adının çəkilməsini istəməyən iş adamlarından birinin saytımıza verdiyi məlumatda qeyd edilir ki, Asif Ağayev əslində keçmiş şefi Bədəl Bədəlovun və Dövlət Neft Şirkəti rəhbərliyinin adından istifadə edir. Başçı tenderləri Şamaxıdan tanıdğı və həmin rayonun quruculuq işlərində iştirak edən şəxslərə vermək üçün məsələni Bədəl Bədəlovun üstünə atır.

Qeyd edək ki, Asif Ağayev Beyləqan şəhər küçələrinin asfaltlanması işini öz həmyerlisi olan 35 saylı Yol İstismar İdarəsinin müdiri Əliqulu Babaşova verib.(pia.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam