Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yerevanda avtobus sürücüləri tətil edirlər

Yerevanda avtobus sürücüləri tətilə başlayıblar.

Yenixeber.org: Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi gərginlik davam edir. Yerevanda avtobus sürücüləri tətilə başlayıblar. Onlar mer tərəfindən aldadıldıqlarını bildirirlər.

Avtobus sürücüləri xəttə çıxmadıqları üçün ictimai nəqliyyatda ciddi problem yaranıb. Sürücülərdən Akop Avetisyanın sözlərinə görə, ötən həftə mer Hayk Marutyan bizimlə görüşdə söz verdi ki, 2-3 günə avtobus parkının problemləri həllini tapacaq. “Bu sistemə rəhbərlik edənlər ancaq ciblərini doldurub qaçırlar. İşləmək isə bizə qalır”, - deyən sürücülər pozulmuş hüquqlarının bərpasını tələb edirlər. İndi də mer Yerevanda ən böyük avtobus parkına öz yaxın adamını təyin etmək fikrindədir.

Araqadzot vilayətində isə əkinçilik təsərrüfatı ilə məşğul olan fermerlər hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılardan Samvel Manukyanın sözlərinə görə, baş nazirə dəfələrlə yazılı şəkildə müraciət etsələr də, onları dinləyən yoxdur. Onlar bildiriblər ki, 3 gündür kəndin 372 nəfər sakini adından 20 nəfər Paşinyanın qəbuluna gəlib, ancaq qəbul edən yoxdur. Şikayətçilərin narazılığı Araqadzot vilayətinin keçmiş başçısı Davit Gevorkyandan, bankdan və suvarma sistemlərinin müdiri Vahan Xaçatryandandır. Məlumata görə, Gevorkyan kənd təsərrüfatının inkişafı üçün ayırdığı güzəştli kreditləri mənimsəyib. Şikayətçilərin sözlərinə görə, Ermənistanda haqsızlığa, özbaşınalıqlara qarşı ayağa qalxaraq inqilab edib baş nazir seçiblər. Ancaq 3 aydır səslərinə səs verən yoxdur. Belə davam edəcəyi təqdirdə Araqadzot-Yerevan magistral yolunu bağlamağı qərara alıblar. Bu da nəticə verməyəcəyi təqdirdə sakinlər etiraz əlaməti olaraq kollektiv şəkildə sərhədi pozaraq Türkiyəyə keçməyi planlaşdırırlar.

Ermənistanın sabiq müdafiə nazirinin müavini, keçmiş deputat, Qarabağ döyüşçüləri şurasının sədri, “qəssab” ləqəbli general-leytenant Manvel Qrirqoraynın və həyat yoldaşı Nazik Amiryanın ibtidai istintaq araşdırmaları isə yekunlaşıb. Qriqoryan qanunvericiliyin 6 maddəsinin müvafiq bəndləri ilə təqsirkar hesab edilir. Bu barədə Ermənistan xüsusi istintaq xidməti məlumat yayıb. Təqsirləndirilən Qriqoryan, qeyri-qanuni silah-sursat saxlamaqda, dövlət əmlakını mənimsəmədə, vergidən yayınmada, dövlətin maliyyə xərclərini izafi xərcləmədə, dövlət əmlakını talan etməkdə şübhəli bilinir. Mnavel Qriqoryanın oğlu Arman Qriqoryanın cinayət işi üzrə araşdırmalar davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam