Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vahid Abdullayevdən özbaşınalıq -İdarənin maşınını bacısı oğluna verdi

 

           
Vahid Abdullayevdən özbaşınalıq - İdarənin maşınını bacısı oğluna verdi
Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinin müdiri Vahid Abdullayevin özbaşılağıqına son qoyan tapılmır. 

Yenixeber.org: Redaksiyamıza məlumat verən məbənin sözlərinə görə Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə məxsus VAZ-21074 markalı 90 AE 761 dövlət nömrə nişanlı avtomobili Vahid Abdullayev öz bacısının oğluna verib. Həmin avtomobil şəxsi işləri üçün istifadə olunur. Vahid Abdullayevin bacısının oğlu Hacızadə Bəxtiyar Adil oğlu AAYDA-nin Kəlbəcər rayon Yol istismar idarəsində işləyir. O, Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə məxsus VAZ-21074 markalı avtomobillə V.Abdullayevin uşaqlarını məktəbə aparmaqla mışğuldur. Bəxtiyar Hacızadə həmin idarənin işçisi olmadığı üçün bu idarəyə məxsus avtomobilidə idarə etməsi qanunaziddir. 

Əldə etdiyimiz digər məlumata əsasən V.Abdullayev digər iki QAZ-53 markalı 99 JX 285 və 99 JX 286 dövlət nömrə nişanlı avtomobilləri də qəsəbədən kənarda işlədir. Məlumat verən mənbənin sözlərinə görə idarəyə məxsus su maşınından başqa heç bir maşın idarənin işi üçün istifadə edilmir. 

Bu qeyd etdiklərimizdən aydın olur ki, Vahid Abdullayev dövlətə məxsus avtomobilləri şəxsi işləri üçün istifadə edir. Bəs görəsən bunun belə özbağınalığına nədən göz yumurlar?

P.S. Vahid Abdullayevin qanunsuz əməlləri barədə yenidəın məlumat verəcəyik. Qeyd edək ki, bir neçə ay bundan öncə Gəncədə zülmətə bürünən köçkün qəsəbəsi - Küçə işıqları niyə yandırılmır? - VİDEO başlıqlı yazı dərc etmişdik. Həmin yazı dərc edildikdən sonra küçə işıqları yandırılsa da son 2-3 gün ərzində yenidən söndürülüb. 

Həmin yazını bu linkdən oxuya bilərsiz. http://xia.az/manshet/17169-gncd-kkn-qsbsind-sakinlri-qaranla-qrq-ediblr-vdeo.html

Mövzuya yenidən qayıdacağıq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.(xia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam