Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gürcüstan yeni infeksion xəstəliklə üz-üzə qalıb

Gürcüstan 2019-cu ilin əvvəlindən daha bir infeksion xəstəlik - qızılca ilə üz-üzədir.

Yenixeber.org: Yeni ilin əvvəlindən yanvarın 15-dək ölkədə 312 nəfərdə qızılca xəstəliyi qeydə alınıb. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Qızılcaya yoluxanların 56 faizini 20-40 yaş arasında olan insanlar təşkil edir. Bununla belə, körpə uşaqlar və yeniyetmələr arasında da qızılcaya yoluxanlar var.

Bu barədə jurnalistlərə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkerlidze məlumat verib.

Mərkəz rəhbəri bildirib ki, qızılca təkcə paytaxt Tbilisidə deyil, Kvemo Kartli, Şidi Kartli və digər bölgələrdə də yayılmağa başlayıb.

O, əhalini qızılcaya qarşı təcili peyvənd olmağa səsləyib. Bildirib ki, peyvənd preparatları tam təhlükəsizdir və heç bir əks təsir göstərmir.

Onun sözlərinə görə, hökumət qızılcaya qarşı mübarizə ilə bağlı qərar qəbul edib. Qərara əsasən Gürcüstanda yanvarın 1-dən qızılca, vərəm, hepatit B, burun-boğaz xəstəlikləri, hemofiliya və daha bir neçə infeksion xəstəliyə qarşı peyvəndləmə məcburidir.

Məktəblərə və uşaq bağçalarına qəbul zamanı uşaqlardan bu xəstəliklərə qarşı peyvəndə dair arayış tələb olunur.

Məlumat üçün onu da qeyd edək ki, 2018-ci ildə Gürcüstan qızılca xəstəliyinin yayılmasına görə, Avropanın 7 ölkəsi arasında Serbiya və Ukraynadan sonra 3-cü yerdə olub.

Bu barədə Dünya Səhiyyə Təşkilatının illik hesabatında məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam