Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sani Hacıyev rüzgarı... -Abel Məhərrəmovun BDU-dakı adamı haqda şok faktlar

Sani Hacıyev rüzgarı...
Yenixeber.org: Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bu il, noyabr ayının 15-də prezident İlham Əliyevin sərəncamı ilə istefaya göndərildikdən sonra BDU rəhbərliyində təmsil olunan bəzi şəxslərin ciddi narahatlıq keçirdikləri haqda ölkə mediasında xəbərlər dolaşır. Bununla bağlı yayılmış məlumatlarda bildirilir ki, sabiq rektorun yaxın çevrəsi sayılan həmin şəxslər Abel Məhərrəmovun gedişindən sonra fəaliyyətlərinin ciddi şəkildə araşdırılacağından əndişələnirlər.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edir.Firudin Qurbanov BDU-nun rektoru vəzifəsini icra etməklə yanaşı nazir müavini postunda da qalacaq. Nazirin həmin əmrindən sonra keçmiş rektorun dövründə həyata keçirmiş olduqları qaranlıq əməliyyatların araşdırılacağından narahatlıq keçirənlərin daha çox təlaşlandığı daxil olan informasiyalar arasındadır. Bu baxımdan xüsusilə sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Haciyevin adının hallandırıldığı bildirilir. Məlumata görə, Sani Hacıyev keçmiş rektor Abel Məhərrəmovun ən yaxın adamlarından biri olmaqla yanaşı həm də onun “qara kassası” rolunu oynayırmış. Qaranlıq “maliyyə əməliyyatları”nın məhz prorektor Sani Hacıyev vasitəsilə həyata keçirildiyi də medianın xüsusi vurğuladığı ittihamlardandır. Belə ki, hər semestrdə "qara kassaya", küllü miqdarda rüşvətin idarə olunmasına məhz onun rəhbərlik etdiyi bildirilir.

Görünür, elə bunun nəticəsidir ki, keçmiş rektorun zamanında tələbələrə “yeriyən pul” kimi baxılır, hər il il qanunsuz olaraq milyonlarla rüşvətin toplanmasına şərait yaradılırdı. Ölkə mətbuatında yığılan rüşvətin həcmi ilə bağlı böyük rəqəmlərdən bəhs edilir. Həmin iddialara görə, hər il universitetdə təhsil alan 20 min tələbədən təxminən 4500 nəfəri dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir. İmtahandan kəsilənlərdən dövlət imtahanından keçmək üçün 4 min manat tələb olunur. 4500 nəfərin 10 faizi 450 tələbə edir. 450 tələbənin “imtahandan müvəffəq qiymət alması” isə nə az nə çox 1,8 milyon manata başa gəlir. Bu prosesin ildə 2 dəfə təkrarlanması isə 4 milyon manata yaxın vəsait edir.

Bir vaxtlar hər bir azərbaycanlının elm məbədi kimi baxdığı BDU-da hətta hərbi xidmətdə olan tələbənin belə imtahandan “müvəffəqiyyətlə keçməsi” haqda təkzib olunmamış məlumatlar dolaşır. Belə ki, 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedib. Lakin, Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Məlum olub ki, hərbi xidmətdə olduğu müddətdə gecəni gündüzə qatan O. Novruzov imtahanlara ciddi hazırlaşıb və may ayında 2 günlük məzuniyyətə gələrək dövlət imtahanında iştirak edib , uğurla"imtahan” verərək hərbi xidmətə geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.

Abel Məhərrəmovun “qara kassası”nın imtahan qiymətlərini müəyyənləşdirdiyi və bu işə şəxsən rəhbərlik etdiyi bildirilir. Amma elə təəssürat yaranmasın ki, BDU-da kimsə Sani müəllimə etiraz etməyib, onun qanunsuz əməlləri ilə bağlı narazılıqlarını bildirənlər də yox deyil. Bununla bağlı mətbuatda da geniş işıqlandırılmış bir fakta nəzər salaq:

Heç də uzaq olamayan keçmişimizdə Sani müəıllimin saxta bir sənədi qeydiyyatdan salamaq üçün ümumi şöbənin müdürü Kəmalə Əliyevanın yanına gedib. Saxta sənədi qəbul etməkdən imtina edən ümumi şöbənin müdiri Kəmalə Əliyevaya təzyiq göstərib və hətta bununla ürəyi soyumayan Sani müəllim onun üstünə hücüm çəkib. Kəmalə xanımın dediklərindən:

"Hətta bununla da ürəyi soyumayan Sani müəllim mənim üzərimə hücum edərək boğmaq istədi. Bütün baş verənləri otaqda olanlar gördü".

Bu kiçik epizod əslində Sani Hacıyevin rəhbərliyi ilə həyata keçirilmiş böyük qanunsuzluqların miqyasını təsəvvür etməkdə yardımçı olur.

 BDU-da Sani Hacıyevin rəhbərliyi ilə həyata keçirilmiş maxinasiyaların ilginc təfərrüatları ilə bağlı araşdırmalarımız davam edir. Odur ki, yaxın günlərdə mövzuya yenidən qayıdacağıq.(rubrika) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam