Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Bağdadın kor xəlifəsi..." - DGK sədri haqda daha bir ilginc iddia

 

"Bağdadın kor xəlifəsi..." -

Yenixeber.org: Dünən məlumat verərək bildirmişdik ki, Səfər Mehdiyevin gəlişindən sonra gömrük sistemində cərəyan edən olaylar haqlı olaraq "yuxarılar" tərəfindən neqativ yöndə qiymətləndirilib. Bunun da nəticəsidir ki, artıq yenidən Dövlət Gömrük Komitəsinin (DGK) ləğvi, ləğv edilərək Vergilər Nazirliyin. (VN) birləşdirilməsi yenidən gündəmə daşınıb.

Xatırladaq ki, dünən yaydığımız materialda Səfər Mehdiyevin rəhbərlik etdiyi strukturda cərəyan edən olayların alqışlanmadığını xüxuxi olaraq bildirmişdik. İndi isə bu yazılanlara DGK sədrinin hansı formada reaksiya verdiyi haqda müəyyən bilgilər əldə etmişik.

Məlumatlı mənbə dia.az-a bildirir ki, Səfər Mehdiyev təbii ki realda baş verənlərdən yaxşı xəbərdardır: "Amma o, məsələnin ictimailəşdirilməsinin ardından öz yaxın ətrafında əminlik yarada bilməsi üçün "yazılanlar boş şeydir, DGK-ya kimsə toxuna bilməz" ifadəsini işlədib".

Hər halda belə bir ifadənin hansı dərəcədə əminlikdən doğmasından asılı olmayaraq, nə qədər təhlükəli olaylara rəvac verə biləcəyini təxmin etmək heç də çətin deyil. Elə dia.az-a danışan mənbəmiz də bunu deyir və fikrinə bu şəkildə davam edir:

"Əgər Səfər Mehdiyev özünü gömrük qapılarının "Dəli Domrulu" hesab edirsə və kəsdiyi raconla hər kəsin, hətta dövlətin belə hesablaşacağını düşünürsə, bu, artıq onun fiaskosu kimi qəbul edilməlidir və belə bir ovqatın sonu ən azından görəvdən alınmaqdır",

Mənbə iddia edir ki, məhz bu kimi tövrləri Səfər Mehdiyevini gedişini daha da erkənləşdirə bilər: "Bu yolla yaxın ətrafda əminlik yarada bilərsən, amma həlledici söz sahiblərində yox..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam