Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

200 hektardan çox taxıl sahəsi və üzüm bağında ziyanverici aşkarlandı

200 hektardan çox taxıl sahəsi və üzüm bağında ziyanverici aşkarlandı

Taxıl sahələrini, meyvə və üzüm bağlarını, yonca və təbii otlaqları əhatə edən 241 hektar sahədə siçanabənzər gəmiricilərə sirayətlənmə müəyyən olunub.

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsi vəsaiti hesabına 35 hektar taxıl sahəsində brodifak preparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb.

Cəlilabad Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astanlı, Zopun, Hamaraqışlaq, Ağdaş, Pirvonlu, Kovuzbulaq, Şatırlı, Qurdlar kəndləri ərazilərini əhatə edən 1460 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb və 1210 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən edilib. Dövlət büdcəsi vəsaiti hesabına Brodifak preparatı ilə 650 hektar sahədə mübarizə aparılıb. Mübarizənin iqtisadi səmərəliliyi 89,91% olub.

Hazırda hər iki rayonda mübarizə işləri davam etdirilir.

Mübarizə tədbirləri ilə yanaşı ərazidə çalışan işçilər işə başlamamışdan əvvəl ciddi şəkildə təlimatlandırılır və onlara aldadıcı yemin tətbiqi zamanı təhlükəsizlik qaydaları ilə bağlı müvafiq tövsiyələr verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam