Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kirayəçi və ev sahibi arasında mübahisə niyə yaranır?- VİDEO

"Oboy”ları cırırlar, mebeli dağıdırlar, sayğaca müdaxilə edirlər

 

Yenixeber.org: Evini kirayə verən şəxslərin tez-tez üzləşdiyi problemlərdən biri də təhvil verdiyi avadanlıqları olduğu kimi geri ala bilməməsidir. Xaçmaz sakini Murad Sərudi bildirir ki, bir neçə dəfə kirayə verdiyi şəxslə arasında mübahisə yaranıb.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Murad Sərudi – Ev sahibi: “ “Oboy”ları cırırlar, mebeli dağıdırlar, sayğaca müdaxilə edirlər. Əlimizdə də hüquqi sənəd yoxdur. Heç kimə şikayət edə bilmirik. Məcburuq ki, evimizi təmir edək”.

Uzun illərdir ev alqı satqısı ilə məşğul olan Qadir Həsənbəyovun sözlərinə görə belə problemlər tez-tez yaranır. Adətən ev sahibi əşyaların zədələndiyini və ya dəyişdirildiyini görəndə narazıçılığını bildirir. Yarana biləcək anlaşılmazlıqların qarşısını almaq üçün onlar təhvil təslim prosesində öz şirkətlərinin daxili müqaviləsini tərəflər arasında imzaladır.

Qadir Həsənbəyov – Alqı-satqı şirkətinin rəhbəri: “Biz onun mənzilinə kirayəçi taparkən müqavilə imzaladırıq Biz tərəfdən də daim nəzarət olunur”.

Bəzən belə razılaşmalarla qanə olmayan şəxslər mübahisəni məhkəmə yolu ilə həll etməyə çalışır. Bu zaman aidiyyatı orqana hüquqi əhəmiyyət kəsb edən sənədlər təqdim olunmalıdır. Sözügedən şirkətlərin daxilində tərtib etdiyi müqavilələr isə hüquqi əsas daşımır.

Evini kirayə verən şəxs natariusda qarşı tərəfilə razılaşdıqdan sonra müqavilə imzalamalıdır. Müqavilədə evin avadanlıqları, mövcud vəziyyəti, aylıq ödənişin məbləği göstərilməlidir. Yalnız bu prosesi keçdikdən sonra tərəflər rəsmi məsuliyyət daşımış olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam