Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

“KÜR-XƏZƏR"İN SƏDRİ 200 MİN DOLLARA VAQİF AXUNDOVUN İDARƏSİNƏ İŞƏ DÜZƏLTMƏK İSTƏDİ, AMMA...-3-CÜ YAZI

 

image here

Respublika Ağsaqqallar Şurasının üzvü olan Akif Meybulla oğlu Kərimov vətəndaşdan 200 min dollar alaraq onu Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə mühafizəçi düzəldəcəyinə söz verəndə məsuliyyətini niyə dərk etməyib???
Yenixeber.org: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil-publisist İkram İnadın müdafiə etdiyi şəxsin istintaq materialları əsasında hazırladığı yazısını təqdim edirik: 
Üsküklü Ağsaqqal
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,
Məxluqu inandır; 
Xasiyyətin od olsa da, ətvardə xak ol 
sök aləmi, yandır; 
M.Ə.Sabir
(Əvvəli ötən yazıda)

...Cinayət işinin 113-cü səhifəsindəki 23.11.2016-cı il tarixli qərardan görünür ki, müstəntiq Məhəmmədli Cümşüdov Akif Kərimovu həbsdən azad edir ki, kişi söz verib, pulu 23.01.2017-ci il tarixə kimi ödəyəcək. 
114-cü səhifədəki 23 dekabr 2016-cı il tarixli qərarla M.Cümşüdov cinayət işi üzrə icraatı dayandırır ki, Akif Kərimov “Bakı Medikal Plazadan” sənədlər təqdim edib ki, ağır xəstədir. 
125-ci səhifədəki 16.02.2017-ci il tarixli qərardan görünür ki, müstəntiq M.Cümşüdov cinayət işinin istintaqını təzələyir ki, “hal-hazırda cinayət təqibi üzrə icraatın dayandırılması üçün əsaslar aradan qalxdığından (yəqin ki, müstəntiq demək istəyir ki, Akif Kərimovun ağır xəstəliyi aradan qalxdığından.İ.İ.) Cinayət işinin icraatı təzələnərək icraata qəbul edilsin və istintaq davam etdirilsin. 
Beləliklə, müstəntiq M.Cümşüdov 25 dekabr 2016-cı ildən 16 fevral 2017-ci ilə kimi Akif Kərimova istirahət verib ki, nə qədər mən varam, kef elə. 
Çox xahiş edirəm, bilirəm Sizi yoruram, amma bir az da səbirli olun irəlidə çertələnəsi çox məqamlar var. İşin 143-cü səhifəsində Akif Kərimovun vəkili, hörmətli həmkarım 30.03.2017-ci il tarixdə müstəntiqə belə bir ərizə verir: “Hüquqlarını müdafiə etdiyim Kərimov Akif Meybulla oğlu 2009-cu ildə Salyan rayon sakini Qoşqar Rəhimovun atasından şəxsi işləri ilə əlaqədar ayda 7% (illik 84%) ödəməklə 200 000 ABŞ dolları borc alıb. Aldığı pulun əsasını tam məbləğdə ödəyib. Hazırda şikayətçinin ondan tələb etdiyi 167 000 ABŞ dolları faiz borcudur”. 
İndi çertələdiyiniz yerlərə baxsaq görərik ki, Akif Kərimov ifadələrində göstərir ki, 200 000 ABŞ dolları borcu Qoşqarın atasından 2010-cu ilin iyununda alıb. Akif Kərimov 23 noyabr 2016-da müstəntiqə verdiyi iltizamda deyir ki, Rəhimov Qoşqardan 2009-cu ildə aldığım borcdan 20 000 manat qaytarıram. Müdafiəçi yazır ki, Akif Kərimov Qoşqarın atasından 2009-cu ildə 200 000 ABŞ dolları borc alıb, 200 000 dolları qaytarıb, 167 000 dollar faizdir. Akif Kərimov isə ifadələrində göstərir ki, Qoşqarın atasına 200 000 ABŞ dolları müqabilində 340 000 ABŞ dolları qaytarmışam. Əslində 606000 qaytarmalı idim, 266 000 ABŞ dolları borcum qaldığından məndən şikayət ediblər.
Bərəkallah istintaq yiyəsi!
İndi özünüzü hazırlayın, dəhşətli bir sənədi oxuyuruq.
Cinayət işinin 151-ci səhifəsindəki 17 aprel 2017-ci il tarixli qərarda müstəntiq belə göstərir: Qərar verdim:“160116440 nömrəli cinayət işi üzrə 26.09.1950-ci ildə Salyan şəhərində anadan olmuş (məntiqə fikir verin, belə çıxır ki, Akif Kərimov 26.19.1950-ci ildə Salyan şəhərində 160116440 nömrəli cinayət işi üzrə anadan olub.İ.İ.) azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, evli, (bunların fərqini bilmədim.İ.İ.) ali təhsilli, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, QHT-nin İdarə Heyəttinin üzvü olan (QHT-nin adı da yoxdur.İ.İ.) Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 27, mənzil 49-da yaşayan və qeydiyyatda olan Kərimov Akif Meybulla oğlu barəsində axtarış elan edilsin və tutulduqda Xətai RPİ-nin İŞ-nə təhvil verilsin”. 
Akif Kərimov xeyli “axtarıldıqdan” sonra tapılmış və 07 iyun 2017-ci ildə polisə gətirilərək istintaqa təhvil verilmiş və yenidən dindirilmişdir.
Cinayət işinin 182-185-ci səhifələrindəki həmin ifadəsində Akif Kərimov 184-cü səhifədə belə göstərir: “Mən Qoşqarın atasından borcu qısa müddətə götürmüşdüm ki, problemlərimi həll edim. (yadınızdadır və altından çertələmisiniz ki, əvvəlcə ifadələrində deyib ki, mən ondan 200 000 ABŞ dollarını 7%-lə müddətsiz götürmüşdüm.İ.İ.).Mən 2011-ci ilin axırlarında Qoşqarın atasına sürücüm Həsəndən bir dəfə 70000 ABŞ dolları, 2-3 aydan sonra isə 50000 manat pul göndərmişəm. Həsən hər iki dəfə Salyana gedib onunla görüşüb, pulları ona şəxsən vermişdir (altından çertələyin ki, Həsən tək gedib.İ.İ.).
Cinayət işinin 38-ci səhifəsindəki 20 noyabr 2016-cı il tarixli ifadəsində göstərir ki, mənim sürücüm Həsən Hacıyev 120 000 ABŞ dollarını 2011-ci ilin axırlarında aparıb Salyan rayonunda yerləşən, Qoşqarın atasına məxsus “Yanar dağ” kafesində ona vermişdir. Həmin vaxtdan təxminən 2-3 ay sonra Həsən 50 000 ABŞ dollarını aparıb Qoşqarın yeznəsinə adı yadımda qalmayan şəxsə Bakı şəhərində yerləşən Türkiyə Cumhuriyyətinin Səfirliyinin yaxınlığında vermişdir. Deməli, əvvəlki ifadəsindən belə çıxır ki, sürücü Həsən bir dəfəyə 120 000 ABŞ dolları aparıb Salyanda Qoşqarın atasına verib, 50 000 ABŞ dolları da Bakıda Qoşqarın yeznəsinə verib. Deməli, sürücü Həsən 170 000 ABŞ dolları çatdırıb. İndi görün gözünə döndüyüm sürücü Həsən Akif Kərimovun atasını necə yandırıb. Həsən işin 231-233-cü səhifəsindəki 09.06.2017-ci il tarixli ifadəsində belə göstərir: “Bildirirəm ki, 2011-ci ilin axırlarında Akif məni öz ofisinə çağırdı və dedi ki, seyfdə pul var, onu götür gətir. Mən də seyfi açıb orada salafanda olan pulu götürüb Akifin otağına gətirdim. Akif pulu saymağımı tapşırdı, mən də pulu sayıb 70 000 ABŞ dolları olduğunu gördüm. Bundan sonra mən və Akif mənim idarə etdiyim, Akifə məxsus “Lexsus” markalı 10 FX 004 markalı avtomobilə əyləşdik və birlikdə (altından çertələyin ki, Akif əvvəlki ifadəsində deyir Həsən tək gedib.İ.İ.) Salyan rayonuna gəldik, orada yerləşən “Yanar dağ” restoranının qarşısında Qoşqarın tanıdığım atasıyla görüşdük. Akif mənə dedi ki, maşında olan pulu götürüb ona verim. Mən də avtomobilin saxlanc yerində olan 70 000 ABŞ dollarını götürüb bağlama şəklində ona verdim dedim ki, pulu say. O isə saymadı və pulu alıb getdi: Daha sonra biz Bakıya qayıtdıq. Bundan təxminən 2-3 ay sonra Akif mənə 50 000 manat pul verdi ki, Qoşqarın yeznəsiylə görüşüb pulu ona verim. Mən də həmin 50 000 manatı səfirliyin yanında ona verdim”. 
Deməli, Akif Kərimovun ifadəsindən görünür ki, o, sürücü Həsənə bir dəfə 120 000 ABŞ dolları verib, Həsən də tək aparıb, Salyanda Qoşqarın atasına verib qayıdıb. Bir dəfə də 50 000 dollar verib ki, Qoşqarın yeznəsinə versin. Həsən göstərir ki, o Salyana Akiflə gedib və 70 000 ABŞ dolları aparıblar, Qoşqarın yeznəsinə də 50 000 ABŞ dolları yox, 50 000 manat verib. Maraqlı burasıdır ki, Akif Kərimovun ifadələrindən belə çıxır ki, 20 min, 50 min, 100 min ABŞ dolları onun üçün təxmini rəqəmlərdir. Yəni cuzi məbləğlərdir, boş şeydir.
Həəə, əzizlərim bütün bunlardan sonra işin sonunda Bakı Şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis-polkovnik leytenantı, qadasın aldığım Səlimov Əflatun Ağasəf oğlu 09.01.2018-ci ildə belə qərar verib: “Qərar: Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Kərimov Akif Meybulla oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilsin”.
Yəni, loru dildə desək, Akif Kərimovun əməlində dələduzluq yoxdur. O, çox təmiz və dürüst adamdır. A balam, ay başına dönüm, bəs onda Akif Kərimov 23 noyabr 2016-cı ildə Qoşqara borclu olduğu puldan 20 000 manat qaytarmışdı, qalan pulu da 23.01.2017-yə kimi qaytaracağına dair iltizam vermişdi. Bəs Akif Kərimova vurulan 20 000 manat ziyan necə olsun! Həə!
İşi yavaş-yavaş vərəqləyib gəlib çatırıq 354-cü səhifəyə. Bıy!!! Balam, bu nə ərizədir? “Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Əflatun Səlimova.
Səbail rayonu Ü.Hacıbəyov küçəsi ev 27, mənzi l-49-da yaşayan Akif Kərimov tərəfindən
Ərizə
Yazıb bildirirəm ki, 160116440 №-li cinayət işi üzrə mənə verilmiş ittihamla özümü təqsirli bilməmişəm, belə ki, istintaqda göstərdiyim kimi mən Rəhimov Qoşqarın atasından faizə borc alıb qaytarmışam. Ondan və oğlu Qoşqardan işə düzəltməklə bağlı heç vaxt pul almamışam. İstintaqın nəticəsi olaraq mənim əməlimdə cinayət tərkibinin olmadığı sübut olunduğundan cinayət işinə xitam verilmişdir. Xətai Rayon Polis İdarəsində vəkilimin təkidi və məsləhəti ilə Qoşqara ödədiyim 20 000 manatla bağlı heç bir iddia və tələbim yoxdur və gələcəkdə də olmayacaq.
Akif Kərimov: imza, 10 yanvar 2018-ci il”

***
Deməli belə. Hesabladım ki, Akif Kərimov 200 000 ABŞ dollarından 33 000 dollar şəklində, 20000 manat şəklində qaytardı (11800 dollar). 167000-11800=155200 dollar! Allah Kərimdir. Çünki Akifin də soyadı Kərimovdur.
Həə! Cinayət işini örtdüm, qeydiyyatlarımı götürdüm, qələm kağızlarımı çantama qoydum. Əflatun Səlimov işindən ayrılıb gülümsəyərək mənə tərəf baxdı, bic-bic: “Ağsaqqal, necədi, narazılıq yoxdu?” Dedim, var! Gərək rəhbərlik sənin və Akif Kərimovun “İgidliyə görə” medalı ilə təltif olunmanız üçün təqdimat verəydi. Çünki bundan böyük “igidlik” olmaz. Hər ağsaqqal və hər müstəntiq belə üskük fırlada bilməz. Bərəkallah!
(tezadlar.az)
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?