Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevi həbsə aparan səbəb...
Mərhum Cabir Novruz deyirdi ki, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Bəzən yerlər səhv düşəndə sözün bütün anlamlarında müsibət baş verir. Dövlət vəzifələrinə bəzən elə insanlar təyin edilirlər ki, həmin an sözün bitdiyi yer olur.
Yenixeber.org: Məsələn Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevlə bağlı məlumatda olduğu kimi. Bir müddət əvvəl İkram Vəliyevin həbsdə yatması xəbəri mətbuatın gündəm mövzusu olmuşdu. Xatırladaq ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, I-ci massiv, ev 396-da yaşayan Namiq Böyükkişi oğlu Qasımov Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevin bir zamanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci, 179.3.2, 179.2.1-ci, 320.1 və 320.2 maddələri ilə təqsirləndirilərək, haqqında məhkəmə qərarı ilə 3 il həbs qəti imkan tədbiri seçildyini iddia edirdi. O əlavə olaraq qeyd edirdi ki, İkram Vəliyevi həbsə aparan səbəb onun rəsmi sənədləri saxtalşdırması olub. İ.Vəliyev haqqında çıxarılan məhkəmə qətnaməsini redaksiyaya təqdim edən Namiq Qasımov əlavə olaraq qeyd etmişdi ki, bu şəxsin mühüm dövlət vəzifəsində olması kifayət qədər şübhəlidir. “Necə ola bilər ki, saxta möhür hazırladaraq rəsmi sənədi saxtalaşdıran bir şəxs Göyçay kmi rayonda İcra Hakimiyyəti başçısının I müavini olsun. Saxtakarlığa görə həbsdə olan şəxsin mühüm dövlət vəzifəsi daşıması mümkündürmü? Məsələ bununla da bitmir. Yəni yalnız saxtakarlığa görə həbs edilən ata dövlət vəzifəsində, dövlət qulluqçusu deyil, o cümlədən oğlu Toğrul Vəliyev Göyçay rayon Yol Polisi Xidməti şöbəsində rəis müavinidir. Digər oğlu Nicat Vəliyev isə İsmayıllı rayonunda polis orqanlarında çalışır. Göründüyü kimi “hava mənim üçün xoş” prinsipi hələ ki, İkram Vəliyevin köməyinə gəlir. Bəs bu işdə vəliyevləri himayə edən “gizli əl” kimdir? Redaksiyaya daxil olan məlumatda bildirilir ki, mətbuatın bu məsələni gündəmə gətirməsindən sonra məhz həmin "gizli əl" vasitəsilə İkram Vəliyevin tərcümeyi halının təmizlənməsi işinə start verilib. Lakin əlahəzrət fakt – İkram Vəliyev haqqında hakim V.M.Şükürovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş qətnamə redaksiyanın arxivindədir.
Namiq Qasımov iddia edir ki, İkram Vəliyev həbs edilməmişdən əvvəl ona külli miqdarda maddi ziyanda vurub. Məhz həmin maddi ziyanın nəticəsində şikayətçinin əmlakı girov qoyulduğu üçün onun əlindən alınıb. İkram Vəliyev onunla əlaqə saxlayan jurnalistə əvvəlcə “mən elə bir şəxs tanımıram” – desə də, cəmi bir neçə saniyə sonra “o iki gün əvvəl mənim yanımda olub və biz onunla razılaşmışıq” deyə etiraf edib. Göründüyü kimi mühüm dövlət vəzifəsi tutuan bir şəxs türklər demiş hələ də “huyundan” əl çəkmir. Yənu bir neçə saniyədə iki ziddiyyətli fikir söyləyir. Əslində dövlət vəzifəsi daşıyan şəxs KİV haqqında qanuna görə mətbuat nümayəndəsinə cavab verməyə borcludur. Lakin doğru cavab. Ola bilsin ki, cənab Vəliyev mətbuatın fəaliyyətinə qeyri-ciddi yanaşır. Həqiqətləri gizləməyə cəhd edir. Lakin bu fakt həqiqətdir:
26 avqust 2003-cü il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündə konkret qeyd edilib: Vəliyev İkram Sabir oğlu Azərbaycan Respublikası CM-nin 32, 179.3.2, 320.1, 320.2ci maddələri ilə təqsirli bilinib, CM-nin 32, 179.3.2-ci maddəsilə, CM-nin 62-ci maddəsini tətbiq etməklə 3(üç) il müddətinə, 320.1-ci maddəsilə 2 (iki) il və 320.2-ci maddəsilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilsin.
Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində 3 (üç) il müddətinə qəti azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
Və bu da həqiqətdir. Prezident İlham Əliyev: Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Jurnalistlər mənim köməkçilərimdir.
Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevi həbsə aparan səbəb...
Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevi həbsə aparan səbəb...
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.(conflict.az)