Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Abşeronda "kupça" niyə bahalaşıb?-4 saylı Abşeron Ərazi İdarəsinin əcaib “qanunlar”ı

 

Abşeronda "kupça" niyə bahalaşıb?

Qanunsuz tikililərə icazə verildiyi halda, qanuni ev tikmək istəyənlərə əngəllər yaradılır…

Yenixeber.org: Prezident İlham Əliyev hökumətin müşavirələrində bir neçə dəfə vətəndaşları öz mənafeləri, şəxsi mənfəətləri üzündən incidən məmurlara sərt xəbərdarlıqlar edib.

Ölkə başçısı bildirib ki, bu və ya digər sahələrdə çalışan məmurlar şəxsi mənfəətləri hesabına qanunları pozub, vətəndaşların haqqına girirlər. Məsələn, Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bildirmişdi:

“Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar…”

Lakin prezidentin bu cür çıxışına rəğmən, yenə də öz tamahını və şəxsi məqsədini hər şeydən üstün tutan orta məmur təbəqəsi qanunsuz əməllərinə davam edirlər. Bəzən də bu məmurlar vətəndaşın qeyri-qanuni işlərinə qanuni don geyindirərək, nöqsanlara yol verirlər.

Məlumata görə Abşeronda “kupça”ların “qiymət”i son günlərdə dəfələrlə yüksəlib. Vətəndaşların bir çoxu tələb olunan rüşvətin məbləğinin yüksək olmasını və həddən artıq kobud davranışları nəzərə alaraq, evlərinin sənədləşdirilməsindən imtina edirsə, çox az bir qismi ölkədə məhkəmə ədalətinə güvənəək, hüquqi yollara əl atır. Lakin bu o demək deyil ki, məhkəmələrdə haqqı bərpa etmək olar. Məhkəmələr Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin adını eşidən kimi, əvvəlcə prosesi bilərəkdən uzadırlar, sonradan isə anidən vətəndaşın əleyhinə qərar verib, insanları hakimiyyətdən daha da narazı salırlar. Doğrudur, çox az sayda insanlar məhkəmədə uzun çəkişmələrdən sonra ədalətli qərar çıxarılmasına nail olublar. Ancaq bu dəfə də həmin qərarın icrası müşkilə çevrilir.
Onu da öyrəndik ki, Fərid Bağırovun rəhbərlik etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları qanunsuz tikililərə göz yumduqları halda, vətəndaşların qanuni yolla ev tikmələrinə maneə olub, onlara çıxarış vermir. Bunun üçün vətəndaşdan qanunsuz ödəmə tələb edilir. Deyilənə görə torpaqların özəlləşdirilməsi üçün hər sota 1000 manat pul tələb edilir. Məlumatda o da bildirilir ki, idarədə sənəd özəlləşdirmək istəyən şəxslər xüsusi “mərhələdən” keçirlər. Belə ki, idarənin əməkdaşlarında xüsusi siyahı var. Bu siyahıda çıxarış üçün müraciət edənlərin adları qeyd olunub. Hansı adın qarşında “plus” işarəsi qoyulubsa, əməkdaş başa düşür ki, həmin şəxs qoyulan qeyri-rəsmi ödənişi çatdırıb və onun sənədləri problemsiz hazır edilir. Hansı adın qarşısında “plus” işarəsi yoxdursa, vətəndaşı müxtəlif bəhanələrlə get-gələ salırlar. Məlumata görə, evin özəlləşdirilməsi üçün də vətəndaşdan hər otaq üçün ən azı 500--1500 manat pul tələb olunur.

İdarənin özündə vətəndaşlarla rəftar olduqca pisdir. İşçilər ən xırda şeylərdən belə qazanmaq istəyir. İdarənin özündə surətçıxarma aparatı olduğu halda vətəndaşları yaxınlıqdakı surətçıxarma yerinə göndərirlər.Çünki orada xidmət pulludur, yaqin ki, Fərid Bağırovun özünə məxsis şəxsi obyektdir.

Süründürməçilik, kobudluq hər addımda vətəndaşları narazı salır.

Onlar dövlət başçısının verdiyi tapşırıqları tərsinə icra edirlər və hesab edirlər ki, bu elə-belə də gedəcəkdir. Biz dəfələrlə Möhtərəm Prezidentimizin belə xainlərə barmaq silkələyərək: “Qudurmuzunuz! Övladlarınız da qudurubdur!” dediyinin şahidi olmuşuq. Qudurmaq demişkən adamın ağlına bir sual gəlir, məgər insan da qudurar?(Mozalan. Az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam