Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Reket jurnalistlərlə necə mübarizə aparaq?- ŞƏRH

Reket jurnalistlərlə necə mübarizə aparaq? - ŞƏRH

"Azərbaycanda reket jurnalistika ilə mübarizənin ən effektli üsulu onların qanun pozan şəxs kimi məsuliyyətə cəlb edilməsidir".

Yenixeber.org: Bu sözləri açıqlamasında QHT Əməkdaşlıq Alyansının həmsədri, Mətbuat Şurasının Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının sədri Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycandakı reket jurnalistika problemi dünyanın heç bir ölkəsində müşahidə edilmir:

“Xarici ölkələrdə yalan məlumatların yayılması və bir sıra media problemləri var. Lakin heç bir ölkədə bizdəki kimi jurnalistikaya aidiyyəti olmayan, bu sahədən yalnız kooperativ maraqları üçün istifadə edən insanların fəaliyyət göstərməsi halı müşahidə olunmur. Bizdəki vəziyyət çox anormaldır. Azərbaycanda bir sıra jurnalist təşkilatları, Mətbuat Şurasının üzvləri hər zaman bu hallara qarşı fikir bildirib. Lakin təəssüf ki, bu problem azalmaq əvəzinə daha da artıb. Bunun obyektiv səbəbləri var. Çünki hər hansı media qurumu əməkdaşının hüquq-mühafizə orqanları qarşısında cavab verməsi birmənalı qarşılanmırdı. Təəssüf ki, beynəlxalq təşkilatlar və qurumlar bu halı jurnalistin fəaliyyətinə basqı kimi qəbul edirdi. Bu da Azərbaycanda reket jurnalistika ilə məşğul olanların sayının artmasına imkan verirdi. Hər dəfə biz beynəlxalq təşkilatlar qarşısında həmin şəxslərin jurnalist fəaliyyəti ilə deyil, Cinayət Məcəlləsində qeyd olunan bəzi maddələrlə tənzimlənməli olan əməllərlə məşğul olduqlarını bildirirdik”.

Y.Məmmədli qeyd edib ki, bu “jurnalistlər”in cəzalandırılması üçün cəmiyyətin dəstəyinə ehtiyac var:

“Reket jurnalistlərinin təhdid etdiyi dövlət, özəl qurum nümayəndələrinin onlarla bağlı açıq fikir bildirməsi və Mətbuat Şurasına müraciət etməsi onlara qarşı mübarizə imkanlarını artırdı. Həmin jurnalistlərin mühakimə edilməsi üçün məsələnin hüquq müstəvisinə çıxarılmasına imkan yaratmış oldu. Əvvəllər insanlar reket jurnalistlərin əməllərini çox açıqlamırdı, lakin bunun kütləvi hal alması bu barədə Mətbuat Şurasına müraciətlərin artmasına səbəb oldu. Şuranın Şikayətlər Komissiyasına bu sayaq çoxlu şikayətlər daxil olub. Bir qurumun, “jurnalist” haqqında dəfələrlə şikayəti olursa, o “qara siyahı”ya salınır. Bu siyahının hazırlanması müəyyən qədər reket jurnalistlərin sayını azaltdı, lakin bütövlükdə problemin qarşısını almadı. Son zamanlar bu insanlarla mübarizə hüquqi həllini tapmaqdadır. Artıq bu insanlar jurnalist kimi yox, qanunu pozan şəxslər kimi məsuliyyətə cəlb edilirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam