Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

9 ayda 497 nəfər QİÇS-ə yoluxub

    

9 ayda 497 nəfər QİÇS-ə yoluxub
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, cari ilin doqquz ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan şəxslərin sayı 497 nəfər təşkil edib ki, onlardan 482-si (96,9 faiz) Azərbaycan vətəndaşı, 15-i (3,1 faiz) isə əcnəbilərdir.
Yenixeber.org: Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan  verilən məlumata görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci il oktyabrın 1-dən 2018-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülüb. 

Onlardan 7014-ü Azərbaycan vətəndaşı, 235-i isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 5271-i kişi, 1978-ü qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2262-si nəfər dispanser qeydiyyatındadır. 2018-ci il oktyabrın 1-dək antiretrovirus terapiyaya (ART) cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil edib. Onların da 1901 nəfəri inyeksion narkotik istifadəçisi (İNİ) olub. Cari ilin doqquz ayında isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində inyeksion narkotik istifadəsi aşkarlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam