Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda 30 mindən çox narkoman var

    Azərbaycanda 30 mindən çox narkoman var

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2017-ci il dekabrın 31-dək olan məlumatına əsasən, Mərkəzdə 30 min 131 nəfər qeydiyyatda olub.
Yenixeber.org: Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan  verilən xəbərə görə, onlardan 25 min 139-u dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Həmçinin 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21 min 38-i (470 qadın) inyeksion narkotik istifadəçisidir. Ötən il 2115 nəfər yeni qeydiyyata götürülüb, 1432 nəfər isə qeydiyyatdan çıxarılıb.

Cari ilin üçüncü rübündə Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 22 min 986 nəfər keçib. Onlardan 2751-i narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1396 istifadəçi aşkarlanaraq qeydiyyata götürülüb.

Həmçinin hesabat dövründə 2971 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 748 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 2216-sı “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda, digər müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 289 xəstə müalicə alır. Onlardan 130-u Respublika Narkoloji Mərkəzində, 70 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 12 nəfəri Sumqayıt Şəhər Rayonlararası Narkoloji, 77 nəfəri isə Bakı Şəhər Narkoloji dispanserlərindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam