Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“5 İLDİR QALMIŞAM BAKININ KÜÇƏLƏRİNDƏ…” –“Müstəntiq dələduzu müdafiə etdi”

shems

İran İslam Respublikasının vətəndaşı Şəmsi Şəmsəddin Fətullah oğlu Azərbaycanda dələduzluğun qurbanına çevrildiyini iddia edərək, baş nazir Novruz Məmmədova, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazova, Daxili İşlər Nazirliyinin Kollegiyasına və Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova şikayət məktubu ünvanlayıb.

Yenixeber.org: Bir nüsxəsi redaksiyamıza daxil olan məktubda göstərilir ki, hələ 2013-cü ildə o, Azərbaycan vətəndaşı Şirəliyev Kamal Aydın oğluna külli miqdarda meyvə-tərəvəz məhsulları göndərsə də, indiyədək həmin malların pulunu ala bilməyib və üz tutduğu hüquq-mühafizə orqanlarında haqsızlıqla üzləşib: “Şirəliyev Kamal Aydın oğlu ilə əldə etdiyimiz şifahi razılığa əsasən, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasında satılması üçün ümumi dəyəri 554.000 (beş yüz əlli dörd min) ABŞ dolları olan meyvə-tərəvəz məhsulları göndərmişəmOnun sözlərinə görə, məhsulun bir hissəsi Azərbaycanda satılmış, qalan hissəsi isə Rusiya Federasiyasına göndərilmişdir”.

Şikayətçi deyir ki, meyvə-tərəvəzi göndərdiyi Kamal Şirəliyev və onun atası Aydın Şirəliyev pulun bir hissəsini qaytarsalar da, böyük qismini verməkdən imtina ediblər: “Onlar borclu olduqları 554.000 dolların müəyyən hissəsini ödəsələr də, qalan 307.000 (üç yüz yeddi min) dolları onlardan ala bilmirəm”.

İran vətəndaşı qeyd edir ki, qarşı tərəf borcunu qaytarmaq əvəzinə, onu təhdid edir:“Borcumun qaytarılması ilə əlaqədar nə vaxt onlara zəng edirəmsə, təhqir olunuram və ya həbs, ölüm hədələrinə məruz qalıram”.

20181018_183734

Kamal Şirəliyev

Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı, İranın ölkəmizdəki səfirinə və İran prezidenti Həsən Ruhaniyə də müraciət edən Ş.Şəmsəddin, haqq-ədalət tapa bilmədiyi üçün intihar həddinə çatdırılıdğını vurğulayır: “Düz 5 ildir ki, qalmışam Bakının küçələrində. Borclarıma görə İrana qayıda bilmirəm. Çox rəzil vəziyyətdə, bir sözlə intihar həddindəyəm…”

İran vətəndaşı rəsmi şikayəti əsasında DİN Mütəşəkkil Cinəyatkarlıqla Baş Mübarizə İdarəsində işə baxıldığını, əvvəlcə məsələnin həllinə ümid yarandığını, lakin sonradan baş müstəntiq Hacı Əfəndiyevin ona qarşı dələduzluq edənlərin tərəfini tutduğunu iddia edir: “İdarəninin baş müstəntiqi Hacı Əfəndiyev hər iki tərəfi dəvət elədi, izahatlarımız alındı, lakin məsələ öz müsbət həllini tapan ərəfədə birdən-birə, gözlənilmədən istintaqa xitam verdi. Müstəntiq ilk əvvəl bizi dəvət edəndə Kamal Şirəliyevlə çox sərt davranır, onun dələduzluq ittihamı ilə həbs olunacağını bildirirdi. Lakin sonralar onunla dostlaşdı və onu müdafiə etməyə başladı…”

Şikayətçi iddia edir ki, onda Kamal Şirəliyevin dələduzluğunu təsdiq edən səs yazıları və digər hüquqi sənədlər mövcuddur, amma Hacı Əfəndiyev hansısa təmənna qarşılığında onların heç birinə əhəmiyyət vermir. Və bu səbəbdən də Kamal Şirəliyev ona borclu olduğu pulu qaytarmır. Müstəntiq deyir ki, Kamal Şirəliyevin anası sənin vətənin İranda hansı səbəbdənsə saxlanılmış və zindana salınmışdır. Bu səbəbdən də Kamal Şirəliyev sənə borclu olduğu pulu qaytarmır. Anlaya bilmirəm, onun dediklərinin görəsən mənə nə aidiyyatı var?

Təxminən 2 ay bundan əvvəl Hacı Əfəndiyev növbəti müraciətimə görə yenə məni dəvət etmişdi. Mən bu dəfə etibarnamə üzrə səlahiyyətli nümayəndəm ilə getmişdim. Müstəntiq 70 yaşlı ağsaqqal nümayəndəmi otağından qovdu ki, nümayəndəlik ləğv olunub.

Bir sözlə, müstəntiq Hacı Əfəndiyev açıq-aşkar dələduzu müdafiə edir, məni çox dözülməz vəziyyətə salıb. Mən onun qanunazidd əməllərinə, özbaşınalığına, zorakılığına qəti etiraz edirəm və bugünkü dar günümdə Sizdən köməklik gözləyirəm. İnanıram ki, mənim bu müraciətimi xüsusi nəzarətə götürərək, öz köməkliyinizi əsirgəməyəcəksiniz”.

daxili-ishler-nazirliyi

 

Sonda Ş.Şəmsəddin hüquq-mühafizə orqanları rəhbərlərindən xahiş edir ki, iş müstəntiq H. Əfəndiyevdən alınaraq, Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə verilsin və onun şikayətinin obyektiv araşdırılması təmin olunsun.

“Yaranmış şəraitdən istifadə edərək cənab Vilayət Eyvazovdan hədsiz dərəcədə xahiş edirəm ki, mənə aid materiallar Hacı Əfəndiyevdən alınıb Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə verilsin! Məlumatlarıma görə adıçəkilən istintaq idarəsində haqq-ədalət müdafiə olunur”.(azpolitika.info)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam