Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Qida Təhlükəsizliyi Agentliyində Baləmir Quliyev ruzigarı– İTTİHAM

 

 

Artıq bir neçə aydır ki, ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaranıb və kifayət qədər səlahiyyətlərə malikdir. 

Yenixeber.org: Hətta Kənd Təsərrüfatı Nazirliyinin bir sıra səlahiyyətləri də bu agentliyə verildi və proqnozlaşdırılırdı ki, agentlik kifayət qədər şəffaf fəaliyyət göstərəcək və illərdir ki, yığılıb qalan problemlər aradan qaldırılacaq. Agentliyə Qoşqar Təhməzlinin sədr təyin edilməsi isə ümidləri daha da artırırdı. Tək elə buna görə ki, fəaliyyəti dövründə heç zaman adı hansısa çirkli işlərdə hallanmayıb, dəfələrlə ən yüksək mükafatlara layiq görülüb və Qarabağ savaşında iştirak edib.

Amma deyəsən agentlikdə son zaman baş verən bəzi proseslər göstərir ki, agentlikdə ciddi qruplaşmalar yaranıb və bu qruplaşmalardan ən ciddisi sədr müavini olan Balarəhim Quliyevin rəhbərlik etdiyi qruplaşmadır. Qeyd edək ki, bu ad oxuculara onun hələ Suraxanı Tibbi Bərpa Mərkəzində direktor və uzun illər rüşvət yuvasına çevrilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışdığı zamandan tanışdır. 

GundemXeber.Az-a daxil olan məlumata görə Balarəhim Quliyev baytarlıq xidmətində qurduğu iş sistemini indi də agentlikdə formalaşdıra bilib və bir zamanlar onunla birgə baytarlıqda çalışan şəxslərlə yaratdığı şəbəkə əsasında köhnə ab-havanı qoruyub saxlamaqdadır. Çox maraqlıdır ki, agentlikdə çalışan müəyyən şəxslər var ki, onlar üçün Balarəhim Quliyevin əmri, Qoşqar Təhməzlinin əmrindən daha üstündür. Çörək verən oğlan kimi “tanınan” Balarəhim Quliyev artıq öz köhnə iş metodunu agentlikdə də tam bərpa edə bilib. Ümumiyyətlə agentlikdə baş verənlərlə bağlı araşdırmamızı tamamlayandan sonra nəzərinizə çatdıracağıq. Hələlik isə bunu demək olar ki, Qoşqar Təhməzli yaxın bir neçə ay ərzində agentliyə nəzarətini artırmasa bu agentliyə olan ümidlər yox olcaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam