Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İŞ ADAMI HƏBS OLUNDU- RƏISI ŞANTAJ EDIB PUL ALIB

 

Yenixeber.org: Səbail Rayon Məhkəməsində Daxili İşlər Nazirıiyi Baş İstintaq və Təhqiqat İdarəsinin təqdimatı əsasında Salyan rayon sakini, iş adamı, hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda şübhəli bilinən Cabbarov Elşən Mürsəl oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və o,1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Məlumata görə, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

Elşən Cabbarov Bulat Ağabəyovun "hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinir. Eyni zamanda E.Cabbarov onu ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azərlə isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib. Beləliklə, Elşən Cabbarov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) və dələduzluq (178.3.2) maddələri ilə ağır cinayət törətməkdə ittiham olunur.

Bundan başqa, E.Cabbarovun Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilindiyi deyilir.

Qeyd edək ki, Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılırdı.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam