Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)


Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən daha bir vətəndaş şikayətçidir.
Yenixeber.org: Vətəndaş Əliyev Pərvin Elbrus oğlu "MedEra" Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onun 18 yaşlı bacısı qızı Aysel Mərdanovanı səhv müalicə etdiyini iddia edir:
"Bacımgil Zərdabda qalır, çox kasıb ailələri var. İmkanları olmadığına görə xəstə olan bacım qızını "MedEra" Hospitala gətirdim. Əliosman Qədimbəylinin qəbuluna yazıldıq. Yalandan bütün analizləri verdirdi. MRT və digər müayinələrdən keçirəndən sonra mənə dərman yazdı. Analizlərə hardasa 1200 manata qədər pul xərclədim. 250 manat da əlavə pul ödəyib dərmanlar aldım. Yenidən xəstəyə lazer yazdı. Xəstəmizdə heç bir irəliləyiş olmadığı üçün Əliosman həkimin qəbuluna gəldik. Təkrar həmin müayinələrdən keçirdi və yenidən 250 manatlıq resept yazdı. Bacım qızının vəziyyəti pisləşəndən sonra növbəti dəfə "MedEra"ya gəldik. Kamran həkim baxıb "Bunu Əliosman həkim deyil, Ehtiram Alişanov müalicə etməlidir" dedi. Alişanovun yanına getdim. O, da baş həkimlə dalaşdı ki, bunu Əliosman müalicə etməməlidir. Bu xəstəni niyə onun yanına göndərmisiniz?Alişanov bizə ucuz dərman yazdı. Eyni xəstəxanada müxtəlif həkimlər bir-birini təkzib etdi. Alişanov Əliosmanla dalaşıb, "bu xəstəyə niyə bu müalicəni yazmısan?" deyə qışqırdı. Bu epilepsiya xəstəsidir. Bu epilepsiya xəstəsidir, buna şüa veriblər. Amma sonradan bir neçə həkimə getmişik. Bütün həkimlər deyir ki, epilepsiya xəstəsinə şüa olmaz. Xəstəyə yazdığı dərmanların heç birini bacımın qızına vermək olmazmış. Xəstəxananın baş həkiminin yanına gedib, müraciət etdim, amma Lalə xanım və Əliosman həkim mənə "get hara şikayət edirsən et" dedi. Ümumimilikdə 3000 manat analizlərə və müalicəyə pulum çıxıb. İndi mən "MedEra"  Hospitala ödədiyim pullarımı tələb edirəm. Çünki Əliosman Qədimbəylinin müalicəsinin xəstəmizə heç bir müsbət təsiri olmayıb. Əksinə bacım qızının vəziyyəti daha da pisləşib". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam