Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkili səhiyyə sahəsindəki problemlərdən danışdı - OQTAY ŞİRƏLİYEVA MÜRACİƏT ETDİ (FOTO)


Son dövrlər həkim səhvi ucbatından dünyasını dəyişən xəstələrin sayı durmadan artır. Demək olar ki, hər həftə bu cür xəbərlərə rast gəlirik.Bəs görəsən müvafiq qurumlar, konkret olaraq Səhiyyə Nazirliyi insan faciəsi ilə nəticələnən bu cür hallara qarşı hansı səbəbdən yetərli mübarizə aparmır?
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə bildirdi ki, bu kimi halların baş verməsi bu sahədə olan boşluqlardan qaynaqlanır:
"İlk növbədə Azərbaycanın təhsil sistemində, o cümlədən tibbi təhsil sistemində olan qüsurlar bu kimi halların meydana çıxmasına rəvac verir. Bunun əsas səbəbi Azərbaycanın səhiyyə sistemində həkimlərin fəaliyyəti ilə bağlı müvafiq protokolların olmamasıdır. Çünki dünyanın bütün inkişaf eləmiş dövlətlərində həkimin hər bir hərəkəti müvafiq protokollarla tənzimlənir. Yəni o protokolun xaricində fəaliyyət göstərən həkimləri çox ciddi cəza gözləyir Bəzi hallarda isə onların həkimlik fəaliyyətinə qadağa qoyulur. Çox təəssüf ki, bizdə hələ bu sistem oturuşmayıb. O səbəbdən də bu cür xoşagəlməz hadisələr ortaya çıxır”.
"Azərbaycan səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” deyən millət vəkilinin sözlərinə görə, buna çox ciddi ehtiyac var:
"Mən bu məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Açıq etiraf edim ki, lazımi cavablar da almamışam. Biz çox istərdik ki, bu istiqamətdə çox ciddi addımlar atılsın. Və mən buradan üzümü Səhiyyə naziri Oqtay Şirəliyevə tutub onu və rəhbərlik etdiyi qurumu bu kimi hallara qarşı mübarizə aparmağa səsləyirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam