Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Villa sahibləri Badamdardan köçür –Evləri gözətçilər qoruyur

1539597586_vil

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə davam edir, xırda uçqunlar başlayıb.
Yenixeber.org: Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovməlumat verib.

O qeyd edib ki, hər 4 saatdan bir ərazidə monitorinq aparılır: “Dinamikanı nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulan gips mayaklarda dəyişiklik, gərginlik hiss olunmur”.

Ə.Qaralovun sözlərinə görə, ərazidəki 8 fərdi evdə yaşayanlar oradan köçürülüb: “Həyətlərdə gözətçilər evləri qoruyur. Həyətlərinə girmək mümkün olan evlərə baxış keçirdik, ciddi dəyişiklik olmasa da, gərginlik qalır. Ərazi aktiv fazadadır”.

Nazirlik rəsmisi qeyd edib ki, yağıntı baş verərsə, ciddi problem yarana bilər: “Əsas insan amilidir, amma yağıntı olarsa, təhlükənin miqyası arta bilər”.

Qeyd edək ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Səbail Rayon İcra Hakimiyyətindən modern.az-a verilən məlumata görə, həmin evlərin 8-idə villadır: “Ərazidə 11 fərdi ev olsa da, 8-də yaşayış vardı. Ailələr müvəqqəti olaraq, digər ərazilərdə yerləşən evlərinə köçüblər. Evlərini isə gözətçiləri qoruyur”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam