Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Ordumuz Qarabağa girəndə...- Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ

 

Ordumuz Qarabağa girəndə... - Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ

Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin “Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi” sualı qarşısında çaşıb.

Yenixeber.org: Erməni general “Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək” deyə bildirib.


Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır: “Hərçənd, vahid qoşun qruplaşması yaradılanda bizi inandırmağa çalışırdılar ki, qruplaşmanın nizamnaməsində buraxılan boşluqlar Qarabağda müharibə zamanı Ermənistana kömək etməyə hesablanıb. Biz buna inanmırdıq, lakin indi buna tamamilə əmin olduq. Erməni general bununla bağlı suala açıq şəkildə cavab verə bilmirsə, bu, o deməkdir ki, Qarabağ müharibəsində tək qalacağıq”.

Arşakyan qeyd edir ki, burada günahkar Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyidir.

“Onlar bilirdilər ki, bu qruplaşma Qarabağ müharibəsində Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması deməkdir. Lakin onlar Kremldəki sahiblərinin qarşısında razılaşdılar. Hər kəs yaxşı bilir ki, hərbi addımlar zamanı vahid qruplaşmanın komandanlığı avtomatik olaraq Rusiyaya keçir. Bu, nizamnamədə də var. Qarabağda hərbi eskalasiya zamanı isə ruslar kənarda dayanacaqlar”, - deyə o bildirib.

Erməni şərhçi iddia edir ki, Rusiya Ermənistanı Qarabağı müdafiə etmək gücündən məhrum edir: “Çünki bu qruplaşma Rusiyanın İrana, Türkiyə, yaxud Gürcüstana qarşı gələcək planlarına hesablanaraq yaradılıb. Halbuki, qruplaşmanın tərkibində erməni hərbi birləşmələri var və erməni əsgərlər Qarabağ müharibəsində iştirak edə bilməyəcəklər. Bu, onu göstərir ki, Qarabağda müharibə olacaqsa, Ermənistanın döyüşmək gücü də azalır”.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam