Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Əhməd Əhmədzadəyə rəsmi ittihamlar da təsir etmir -Nəhayətdə cəza işə düşəcəkmi?

 

 
   
 

bitmap-img6

 

 

 
Ölkədə əhalinin içməli suya olan tələbat və təminatındakı çətinliklər qədər suvarma suyu ilə bağlı problemlər də həll olunmamış qalır. Xüsusilə, regionlarda su problemi özünü daha qabarıq göstərir. Yay aylarında bölgələrdən suvarma suyunun çatışmazlığı ilə bağlı saysız-hesabsız xəbərlər gəlir. Ölkənin su təchizatına iki qurum - “Azərsu” ASC, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC də cavabdehdir. Narazılıqların miqyasından görünən odur ki, hər iki qurum işinin öhdəsindən gələ bilmir. 
Yenixeber.org: Meliorasiya və Su Təsərrüfatı ASC isə ümumiyyətlə, region əhalisini susuzluqla sınağa çəkir. Yuxrıda qeyd etdiyimiz kimi, bu problem, xüsusilə, yay aylarında qabarıq görünür və təkcə bu il regionlardan olan müxtəlif şikayətlərlə bağlı xeyli sayda yazı dərc etmişik. Problemlər ildən-ilə azalmaq əvəzinə artır. Cavabdeh qurumlar isə yarıtmaz fəaliyyətlərilə gündəmdən düşmür, əksinə, problemlər ildən-ilə miras kimi ötürülür.
Yoxlamalar zamanı isə məlum olur ki, qurumlar əhalini su ilə təmin etmək əvəzinə büdcə vəsaitlərini mənimsəməklə və yaxud səmərəsiz xərcləməklə məşğul olublar. Məsələn, son iki ildə ərzində “Azərsu” ASC-yə 60 milyon manatdan artıq vəsait ayrılıb. Amma görülən işlərin səmərəliliyinin ayrılan vəsaitə adekvat olduğunu demək çətindir. 
Meliorasiya və Su Təsərrüfatı ASC-də isə vəziyyət daha acınacaqlıdır. Hesablama Palatasının apardığı yoxlamalardan sonra qurumda külli miqdarda yeyinti faktlarının olduğu məlum olub. Hesablama Palatası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Dünya Bankının krediti hesabına həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” layihəsi üzrə vəsaitlərdən istifadə ilə bağlı auditin nəticələrini açıqlayıb. Audit 2015-2017-ci illərdə görülən işləri əhatə edib. Araşdırma zamanı məlum olub ki, tikintisi başa çatmış bəzi şəbəkə və obyektlərin "Azərsu” ASC-yə təhvil-təslim işləri müvafiq qaydada rəsmiləşdirilməyib, Lerik, Masallı və İsmayıllı rayonları üzrə su və kanalizasiya şəbəkəsinin qurulması nəticəsində torpaq kateqoriyalarının təyinatının dəyişilməsinə yol verilib.
Meliorasiya və Su Təsərrüfatı ASC-də ötən il də aparılan yoxlamalar zamanı büdcə vəsaitlərinin səmərəsiz xərcləndiyi, yeyinti hallarına yol verildiyi bir daha təsdiqlənib. Hesablama Palatasının 2018-ci ilin fevral ayında yaydığı hesabatda Meliorasiya və Su Təsərrüfatı ASC-də nöqsanlar aşkarlandığı göstərilirdi. Belə ki, Hesablama Palatasının yaydığı məlumatda qurumun layihədə göstərilənlərdən daha az və keyfiyyətsiz işlər gördüyü məlum olurdu. Müvafiq sərəncamlarla artezian quyularının tikintisi üçün ayrılan vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 quyu qazılıb. Subartezian quyularının hər biri üzrə orta göstəricidə 25-30 hektar torpaq səhəsinin suvarılması planlaşdırıldığı halda, gözlənti özünü doğrultmayıb. 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədinin 1-10 hektar, 34 ədədinin 11-15 hektar, 42 ədədinin 16-20 hektar, 66 ədədinin 21-25 hektar, 105 ədədinin isə 26 hektardan artıq torpaq sahəsini suvarması nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2 faizi, 2016-cı ildə isə 61,9 faizi layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edib.
Hesablama Palatasının yaydığı son məlumatda da göstərilir ki, layihənin əhəmiyyətliliyini, məqsədini özündə ehtiva edən sosial-ekoloji və texniki hədəflərin icra səviyyəsilə bağlı vəziyyət qənaətbəx deyil. Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmayıb, həmçinin bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13-17 faizini təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olub.
Rəqəmlərdən görünən odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC dövlət hesabına Dünya Bankından götürülən krediti nəzərdə tutulan istiqamətə xərcləməyib. Bu da onu deməyə əsas verir ki, qurumun yarıtmaz fəaliyyəti və səmərəsiz xərcləri dövlət büdcəsi üçün əlavə yükə çevrilib. Nəticədə problemlər olduğu kimi qalacaq, üstəlik, əhali hələ bir müddət də susuzluğa dözməli olacaq. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə isə illərdir ki, susur, rəhbərlik etdiyi quruma ünvanlanan ittihamların statistik təsdiqinə münasibət bildirməkdənsə, deyilənləri, yazılanları və iradları seyr etməyi üstün tutur. Nəzərə alsaq ki, hesabatı yayan dövlət qurumudur və sözügedən sənəd birbaşa faktlara əsaslanır, onda Ə.Əhmədzadənin bununla bağlı hesabat verməyə məcbur olduğunu xatırlatmağa ehtiyac qalmaz. 
Aşkarlanan nöqsanlar kifayət qədər ciddidir və bunun qurumun rəhbəri Əhməd Əhmədzadənin sonunu gətirəcəyi ehtimalı da az deyil. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv olunması məsələsi uzun zamandır ki, gündəmdədir. 
Hələ 2016-cı ildən bu qurumun ləğv olunaraq, aidiyyatı üzrə səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyi və “Azərsu” ASC arasında bölüşdürüləcəyi gözlənilirdi. Amma gözləntilər özünü doğrultmadı. Hökumətdə aparılan islahatlar da Əhməd Əhmədzadə və qurumundan hələlik yan keçib, amma bu, heç də struktur islahatının arxivə göndərildiyi anlamına gəlməz. Yoxlama nəticələrinin təhlili Ə.Əhmədzadənin kreslosunun laxladığını söyləməyə əsas verir. Əhali şikayətçidir, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına olduqca mənfi təsir göstərir, nəticədə həm də qiymət bahalaşır, büdcə vəsaitləri səmərəsiz xərclənir, yeyintiyə yol verilir. Bütün bunlar Əhməd Əhmədzadə və rəhbərlik etdiyi qurum haqqında yekun qərarın yaxınlaşdığını söyləməyə əsas verir.(cebhe.info)  
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?