Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Mənə imkan verin..."-Rövşən Novruzoğlunun yeni kitabı

 

Yenixeber.org: Tanınmış politoloq, professor Rıvşən Novruzoğlunun yeni kitabı çapdan çıxıb. Böyük Britaniyanın sabiq baş naziri U. Çörçell demişdir: Mən bu dünyaya, sizin cəmiyyəti yaradan və dəyişən istedadınıza baxıb "Şah" dedim. Amma, təəssüf və həyəcanla bildirirəm ki, ağır həyatınız və güzəranınız məni "Mat" qoydu".  "Mənə imkan verin..." adlanan kitabda da eyni məsələlər öz əksini tapır.

 

"LAL...KAR...KOR...

O, çox müdrik bir qadın akademik heykəlinin önündə dayandı. İstədi əlindəki məktubu onun məzarı üstünə qoysun, fikirləşdi: Məni bağışlayın. Mən məc­buram bunu edim.

- Dayan!.. Tələsmə, - arxadan səs eşitdi.

- Qərarım qətidir, аkademik. Gətirdiyim mək­tubu kişinin məzarı üstünə qoyacam. Bu məktubu onun məzarına yazmışam. Bu günədək yetmiş məktub yazdım, cavab verən olmadı. Nə istəyirdim ki?! Öm­rünü, gününü millətinin, xalqının, dövlətinin yolunda çürüdən, içini dərdə salan... bir professor sizlərdən nə istəyirdi ki?.. Bir qarın çörək. Onu da vermədiniz, qıy­madınız. Çünki mən sizdən ola bilmədim. Sizin adam­ların qurduğu çəpərləri yalandan, şər və böhtandan hörülmüş saxta dünyaya girə bilmədim.

Qurduğunuz tikanlı, iynəli çəpərləri aşa bilmə­dim. Qapı-bacanızda bəslədiyiniz it ömrü zərif və həssas bir alim ömründən şərəfli oldu. İçi dərddən-fi­kirdən dağılmış, taleyini şərəfsizlərə tapşırdığınız alim sizdən nə istəyir ki? Bir tikə yavan çörək... gecələr xalq artistlərinin, xalq yazıçılarının, diplomlu, diplomsuz akademiklərin, adını yaza bilməyən... gene­ralların, nazirlərin... özü cəhənnəm, övladını yaşatmaq üçün zibil qutularıni eşməkdən ötrü... növbə tutan bir alim, elm fədaisi sizlərdən də istədi ki?

Süfrənizin qırıntılarından başqa heç nə istəmə­di... Anam, bacım, qardaşım, atam, böyüyüm, liderim, ağsaqqalım... biz alimlər ölürük acından... İstərdim bu yerlərə bir də qayıdasan. Bizə nəzər salasan. Məhv olub, gedirik.

Nə istəyirəm ki?.. Haqqımı istəyirəm. Ömrümü çürüdən, taleyimə, qisəmətimə balta çalan günlərimin, illərimin, xidmətimin haqqını istəyirəm. Qaytarın, qaytarın haqqımı... Siz bu millətin, bu xalqın yolunda çox əziyyət çəkdiniz. Xalq da sizə sədaqət göstərdi, haqqını qaytardı, özünə lider seçdi. İndi siz qaytarın bizim kimilərin haqqını...

Yadıma İran şahı düşdü. 2500 illik taxt-tacın varidatını yığıb aparan İran şahı hakimiyyəti illərində ölkəsində ancaq kazino, əxlaqsız yerlər açdı... Xalqı­nın, millətinin milli dəyərlərini məhv edən, onu öl­dürən adamları başına yığıb, öz xalqını viran etdi. Yığdığı sərvətdən nə bir alimə, nə bir qələm sahibinə, nə bir zəkalı, istedadlı adama əl tutdu. “Mənimdir” - dedi, mənimdir... Olsun, hamısı sizin olsun... Ay da, Günəş də, Ulduz da sizin olsun. Torpağın altı da, üstü də sizin olsun...

Ömrü-günü dəli olan, acından qan qusan bir alim sizdən nə istəyir ki?! Çörək, çörək, çörək! Qoy yavanlıq sizin olsun.

Qapınızdakı itlərin olsun.

Amma şahın arvadı, ərindən fərqli olaraq, ölkədə sayılıb-seçilən qələm sahibi, professor Məhtəvi adlı bir alimə, elm xadiminə əl uzatdı, onu bataqlıqdan çıxarıb  məşhur etdi, kitablarını çap etdirdi, tədqiqatçı üçün yollar açdı, məktəb yaratdı. Günlərin bir günü Məhtəvi vəfat edərkən, özündən sonra vəsiyyət yazıl­mış bir məktub qoyur. O, yazırdı: “...Mən öz xalqım­dan istərdim ki, mənim adımı çəkəndə, xanım Fərəhin də adını çəksin. Çünki mənim kitablarımın, İran xalqı üçün çox vacib və gərəkli olan tədqiqatlarımın taleyi onun əbədi yaşamasına haqq qazandırdı...”

Gününü xəstəxanalarda keçirən, bir baş ağrı dərmanı üçün içində haqq-hesab quran, kitablarını qoltuğuna sıxıb, qapı-qapı gəzən... alim sizdən nə istədi ki?.. Ailəsi üçün, övladı üçün... itinizə, pişiyini­zə verdiyiniz çörəyin bir qırığını istəyir...

İmkan tapın, haqqımı qaytarın...

Akademik köksünü ötürdü. Məktubu büküb, Mən – dedi, bu məktubu özüm qoyacam məzarın üs­tünə. Darıxma...

- Sizcə, bu məktubu oxuyan, oğurlanmış haqqı­mı, itirilmiş hüquqlarımı, yanmış, qaralmış arzularımı, itkin düşən taleyimi qaytaran tapılacaqmı, akademik?

- Mütləq tapılacaq, oğlum. Lalın dili açılacaq. Karın qulaqları eşidəcək. Korun gözləri də görəcək..."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam