Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Baş redaktor ABŞ-nın fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutaya müraciət etdi 

 

Yenixeber.org: Baş redaktor Ramin Məhəmmədoğlu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutaya müraciət edib. O, səfirdən peşə faliyyəti ilə bağlı üzləşdiyi haqsızlıqlardan, atasının qanusuz həbs olmasından və hələ də özünə qarşı olunan təhdid və hədələrdən yazıb. Eyni zamanda da jurnalist səlahiyyətli səfir tərəfindən qəbul edilməyinin zəruri olduğinuda açıq qeyd edir. Baş redaktor yazır:

“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutaya Azərbaycan Respublikası Füzuli rayon sakini, jurnalist Qurbanov Ramin (Ramin Məhəmmədoğlu) Məhəmməd oğlu tərəfindən

Hörmətli cənab səfir!

Ölkələrimiz arasındakı hərtərəfli əlaqələrin inkişafında maraqlı olan tərəqqipərvər Azərbaycan vətəndaşları ABŞ dövlətinin və onun təmsilçisi olaraq Sizin respublikamızdakı fəaliyyətinizi alqışlayır, o cümlədən, demokratiyanın inkişafına verdiyiniz dəstəyi təqdir edir, fundamental azadlıqlarından istifadə etdiklərinə görə təqib olunan, həbs edilən şəxslərə verdiyiniz mənəvi dəstəyi yüksək qiymətləndirirlər. Azərbaycanda hökumət məmurları mətbuat azadlığı və müstəqil medianı boğmağa davam edirlər. Səsi boğulanlardan biri də mənəm. Məlum edirəm ki, 2004-cü ildən jurnalist fəaliyyəti ilə məşğulam. Çaılışdığım qəzet və saytlarda daima demokratiyanın, söz azadlığının vacibliyini və fundamental insan hüquqlarının təmin olunmasının vətəndaş cəmiyyətinin formalaşmasında rolunu vurğulayan yazıların müəllifi olmuşam.

Jurnalist fəaliyyətim dövründə məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mövqe tutmuşam. Konkret olaraq 2017-ci ildə Ağcabədi rayon təhsil şöbəsində 897,0 min manat korrupsiya faktının üstünün açılmasında və qanunsuzluğa rəvac verən təhsl şöbəsi müdirinin barəsində cinayət işinin açılmasında vəsilə olmuşam. Kəskin tənqidi fikirlərimə görə təqib olunmuşam və jurnalist fəaliyyətimə görə dəfələrlə sifarişli şəkildə məhkəmələrə çəkilmişəm.

Haqqında qeyd etdiyim 897,0 min manat pul vəsaitinin mənimsənilməsi ilə bağlı korrupsiya cinayətini ortaya çıxardığım üçün ixtiyar yaşlı atam Qurbanov Məhəmməd Rəşid oğluna Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi sifarişli şəkildə cinayət işi açmış və əsassız ittihamlar irəli sürərək Cinayət Məcəlləsinin 182.1 – ci maddəsi ilə təqsirləndirməklə Ağcabədi rayon məhkəməsinə göndərmiş və 3 (üç) il müddətində azadlıqdan mərhum etmə cəzasına məhkum etmişdir. Hazırda atam Qurbanov Məhəmməd Rəşid oğlu Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində 1il 6 aydır ki, günahsız yerə cəza çəkir.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi atamla yanaşı həm də mənə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə qondarma cinayət işi açaraq təqsirli bilib Abşeron rayon məhkəməsinə göndərmişdir. Abşeron rayon məhkəməsində uzun çəkən proses zamanı ittihamı müdafiə edən ittihamçı prokuror mənim 5 il müddətinə azadlıqdan məhrum edilməyimi məhkəmədən xahiş etmişdir.

Artıq həbsimin real olduğunu görüb məhkəmədən vaxt istədim və həmin vaxt içərisində ölkə başçısına və digər aidiyyəti orqanlara müraciət etdim. Nəhayət, 11 aprel 2017-ci il tarixində son məhkəmə prosesində məhkəmə barəmdə 5,0 min manat pul cəriməsi çıxararaq məni məhkum etmişdir. Abşeron məhkəməsinin qərarından apellyasiya inistansiyası məhkəməsinə şikayət verib 5,0 min manat cəriməni 1,0 min manata edirmişəm. Ali məhkəmə isə 1,0 min manat cərimə qərarını qüvvədə saxlayıb. Harda görünüb ki, dövlətin büdcəsini talandan qoruyan vətəndaşı, jurnalisti dövlət özü cərimələyə, yaxın adamını da həbs eləyə? Bütün bunlar əlbəttə ki, mənim jurnalist fəaliyyətimlə bağlıdır.

Daha sonra yenə də tənqidçi jurnalist faəliyyətimə görə Füzuli rayon məhkəməsi 06 iyun 2017-ci il tarixində barəmdə xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1, 147. 2 və 148-ci maddələri ilə düzgün olmayan hökm çıxarmışdır. Füzuli rayon məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinib qazancımın 15% dövlət nəfinə tutmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişəm. Məhkəmə prosesi zamanı kifayət qədər arqumentlərə əsaslanan vəsatətlər versək də, məhkəmə vəsatətlərimizi təmin etməmişdir.

Artıq bu günlərdə də barəmdə Füzuli rayon məhkəməsinə Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət daxil olub. Qəribədir ki, Azərbaycanda acı həqiqətləri yazan media mənsubları jurnalist adı altında şantajla məşğul olanlardan təhlükəli hesab olunurlar. Daha acınacaqlı tendensiya budur ki, birincilər ikincilərin əli ilə “vurulur”.

Odur ki, xahiş edirəm: Birləşmiş Ştatlar adından yenidən Azərbaycan hökumətini ini yerinə yetirərək Azərbaycan Respublikasında ifadə azadlığı da daxil olmaqla əsas azadlıqlardan istifadə olunmasına hörmət etməyə çağırasınız və məni ABŞ səfirliyində qəbul edib dinləyəsiniz”.

Hörmətlə,

“RealMedia.az” saytının baş redaktoru, jurnalist                     

Ramin Məhəmmədoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam