Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

Havalar soyuduqca, xəstəliklər artır- Diqqətli olun!

    

Havalar soyuduqca, xəstəliklər artır - Diqqətli olun!
Havaların soyuması ilə xəstəliklərin də sayı artır. Belə ki, mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklərə yoluxuruq.
Yenixeber.org: Həkimlər payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Bununla yanaşı, immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan meyvə- tərəvəz, süd-qatıqla qidalanmaq məsləhətdir. Ümumiyyətlə, payızda qidalanmaya xüsusi diqqət göstərmək lazımdır.

Payız fəslində insanlar daha çox qrip infeksiyasına yoluxurlar. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Hərarət yüksək olduqda xəstə mütləq yataq rejiminə əməl edilməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.

Şirə, çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir. Buraya soyuqdəymə əleyhinə təsiri güclü olan zoğal, moruq, qarağat və s. kimi mürəbbələrlə çay, limonlu su və ya çay, təbii meyvə şirələri daxildir.

Qeyd edək ki, çayla qəbul etdiyimiz mürəbbələr bişirilən zaman istinin təsirindən tərkibindəki lazımi vitaminləri itirdiyi üçün orqanizmi vitaminlə təmin etmək üçün deyil, hərarəti aşağı salan vasitə kimi qəbul olunur. Mümkün qədər çox qatıq yemək də əlverişlidir.

Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan, süddən, şirniyyat məhsullarından, qozdan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə toyuq bulyonu vermək lazımdır. Bu müalicə xəstəliyi törədən viruslara təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir. 

Qrip və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə dərman preparatlarından istifadə etməyə məcbur olurlar - hərarət salan prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və digərləri.

Mütəxəssislərin fikrincə, soğan və sarımsaq antibiotik tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin tez sağalmasına yardım edir. Bütün bunlarla yanaşı, vaxtında həkimə müraciət etmək lazımdır. Qrip çoxları üçün adi xəstəlik hesab olunsa da, vaxtında qarşısı alınmasa orqanizmdə fəsadlar yaradaraq meningit, astma, bronxit, qaymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə, belə orqanizmdən tam sovrulmur.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?