Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Şirvanda başçı müavini asfaltı 150 manatdan satır –Fotolar

 

 Şirvan şəhərinin T.İsmayılov küçəsində 2 aydır abadlıq işləri gedir.

Yenixeber.org: Həmin küçədə əsasən şadlıq sarayları, iaşə obyektləri, avtomobil təmir sexləri və avtoyuma məntəqələri fəaliyyət göstərir. Adı çəkilən küçədə piyadalar üçün səki çəkilir, asfalt yol bərbad vəziyyətdə olduğundan texnika ilə götürülür və yeni asfalt örtük döşənəcək. Yol tikintisini həyata keçirən Hacıqabulun Muğan qəsəbəsində yaşayan, 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürmək üçün səy göstərən Əliheybət adlı yol maqnatına məxsus şirkətdir.

Yolda sökülüb götürülən asfalt qırıntılarının şıdırğı satışı gedir. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun məzuniyyətdə olmasından istifadə edən 1-ci müavini Samit Abıyev asfalt qırıntılarını dostlarına pay, yadlara isə 1 maşını 100-150 manata satdırır. Yolda asfalt söküntüsü başlayanda birinci idman olimpiya kompleksinin müdiri İlham Səfərova 5 maşın asfalt Samit Abıyev tərəfindən hədiyyə verilib.

Hətta texnika göndərib İlham Səfərovun yaşadığı küçəyə yaydırıb. İlham Səfərovun Şirvan şəhərinin ictimai, siyasi, mədəni, iqtisadi həyatında rolunun nədən ibarət olduğu yalnız dostu Samit Abıyevə məlumdur. İlham Səfərovun şöhrət, istiqlal, tərəqqi və başqa medallara layiq olması məlum deyil. Bundan başqa “Cənnət bağı” adlı restoranın və təndir çörəyi sexinin də qarşısına həmin asfaltdan 5 maşın verilib. Amma hədiyyə deyil, pulla satılıb.

Son xəbərə görə, Samit Abıyev Mərdan Camalov məzuniyyətdən qayıdan kimi asfalt satışını dayandırıb. Çıxan asfaltı məscidin önünə yığdırır. Dövlət əmlakını talamaq, satmaq, hədiyyə etmək səlahiyyətini icra başçısının birinci müavininə kim verib çox maraqlıdır. (AzEuroNews.com)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?