Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Cəlilabadda bitməyən bürokratiya: Həsənovların yeni kadrının “ARTEZİAN” vurulmasına 5 min tələbi aranı qarışdırdı –NARAZILIQ

Bir neçə gündür sosial şəbəkələrdə yer alan Cəlilabad Subartezian Quyularının istisimarı idarəsində, rayon icra hakimiyyəti tərəfindən yaradılmış promlemlərlə bağlı müzakirələr getdikcə genişlənir. Paytaxt.org sosial şəbəkələrdə yayılan məlumatlara istinadən bildirir ki, Cəlilabad Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyətinə yaradılmış problem rayon camaatı tərəfindən ciddi narazılıqlara səbəb olub. Əhali adıçəkilən idarənin müdafiəsinə yox, qazılmış və qazılması nəzərdə tutulan Artezian quyularının qazılmasına yaradılmış rüşvət mexanizminə etiraza başlayıb. Beləki, yayılan məlumatlarda “5 min manat rüşvət ver Artezian quyusuna sahib ol” deyən narazı insanlar prezidentdən kömək istəyirlər.


Yenixeber.org: Bundan başqa, sosial şəbəkələrdə yayılan məlumatlarda, yeni təyin olunmuş icra başçısı ilə bağlı yer almış çoxsaylı nöqsanlardan da şikayətlər geniş yer alır.
Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi üçün məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldilməsi yolunda nəzərdə tutulmuş dövlət proqramına daxil olan işlərdən biri də əyalətlərdə Artezian quyularının vurulmasıdır. Bu baxımdan da digər rayonlar kimi Cəlilabad rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün artezian quyuları xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də Cəlilabad rayonunun kənd və qəsəbələrində Artezian quyularının vurulması işi həyata keçirilməsi başladılsada yerli məmurların bu prosesi rüşvət mexanizminə çevirdiyi yayılan məlumatlarda geniş yer alır. Bir qrup rayon ziyalılarının icra başçısından narazılığı, onun özündən razı olması və prezidentə yox Kərəm Həsənova tabe olduğunu deməsidir. Digər tərəfdən rayonda yığılıb qalan problemlərin həlli üçün aparılan kadır islahatlarıda Həsənovların ailə podratı olaraq kəsərsiz qalıb yazan ziyalılar rayonda və kəndlərdə toyuq damı tikmək istəyənlər K. Həsənovun “güc”lərindən icazənamə almalıdr. Daha sonra yayılan məlumatlarda oda bildirilir ki, icra başçısı rayona təyin olunan gündən məmur qəbulları yox dərəcəsinə çatdırılıb və özbaşınalıqlar və bürokratiya höküm sürməyə başlayıb. Aylarladı ki, Artezian quyusu qazdırmaq istəyənlər, icra başçısının qəbulunda olmaq istəsələrdə arzuları içlərində qalıb. Quyuların qazılmasına rəhbərlik edən Faiq adlı şəxsin və icra başçısının müavini Arzu müəllimin şikayətçi olanlara pıçıldamasıdır ki, “icra başçısının xüsusi göstərişi var. Kim təsərrüfatı üçün quyu qazdırmaq istəyirsə əli cibində olmalıdır, əks halda istəyiniz baş tutmayacaq…”

Onuda qeyd edək ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də cəlilabadlıları iqtidardan uzaq salaraq, növbəti narazılıqlar dalğası yaradıla biləcəyinə zəmin hazırlayır…
Mövzuya qayıdacağıq

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam