Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakı Şəhər Baş Səhiyyə İdarəsində TARAMA BAŞLADI -Daha kimlər işdən çıxarıldı?

Bakı Şəhər Baş Səhiyyə İdarəsində TARAMA BAŞLADI
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.
Yenixeber.org: Məlumata görə, idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub. O, 2012-ci ildən bu vəzifədə çalışıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsinə isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə təyin edilib.

M.Mirzəzadə Trend-ə açıqlamasında bildirib ki, onun işlədiyi vəzifə yeni təsis edilib. Hazırda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin iki rəis müavini var. İdarənin digər rəis müavini Məmməd Cəfərov uzun illərdir ki, bu vəzifədə çalışır.

M.Mirzəzadə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini vəzifəsinə hələlik təyinatın aparılmadığını da söyləyib.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam