Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda əsgər bıçaqlandı- General xəstəxanaya getdi

 

Azərbaycanda əsgər bıçaqlandı - General xəstəxanaya getdi

2018-ci il sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.

Yenixeber.org: DSX-yə istinadən xəbərə görə, hadisə saat 15:00 radələrində baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə hərbi hissəyə keçib. Orada qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıçaqla 3 zərbə endirib.

Yaralı əsgər Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstə­xana­sına çatdırılıb. C.İsgəndərov xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xəstəxanaya gedib.

Hadisəni törədən C.Hüseynov saxlanılıb. O, cinayəti şəxsi münasibət zəminində törətdiyini bildirib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam