Yenixeber.org: Bu barədə  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, uşaq Gənclik metrosunun yaxınlığında "McDonalds”ın qarşısında saxlanılıb:

“Sosial şəbəkələrdə gecə saatlarında Gənclikdə salfetka satan bir uşaqla bağlı məlumatlar yayılırdı. Uşağın həm dilənçilik etməsi, həm də salfetka sataraq kiçik ticarətlə məşğul olduğu deyilirdi. Uzun araşdırmalardan sonra dünən gecə uşaq çevik polis alayının əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayonunda 18-ci polis bölməsinə aparılıb. Dindirilmə zamanı üstündən 65 manat pul aşkarlanıb. Uşaq söhbət əsnasında arxasında adam olduğunu dedi. Müəyyən olundu ki, onun arxasında dayanan bacısının qeyri-rəsmi nikahda yaşayan əridir”.

Sədr hazırda uşağın sığınacağa yerləşdirildiyini deyib: “Uşağı bu işə məcbur edənlərin məsuliyyətə cəlb olunması istiqamətində iş gedir”.