Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putin Qarabağın həllində maraqlıdırmı? –Analiz

 

Putin Qarabağın həllində maraqlıdırmı? – Analiz

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi səfərə böyük diqqət var. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyinin anonsunu vermişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-ə keçirildi.

Yenixeber.org: Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində yer alıb. Analizdə qeyd olunur ki, Azərbaycanda bu səfərə və onun nəticələrinə bir baxış da vardı:

“Bu baxış Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginliyin olması ilə bağlı yaranmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər buna əsaslanırlar. Ancaq bunun üçün Azərbaycan da nəsə addım atmalıdır. “Nəsə” deyilən addım da Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü sayıla bilərdi. Hətta bu möbzu bir müddət əvvəl müzakirəyə də çıxarıldı və təşkilata üzvlüyün Azərbaycanın xeyrinə olacağı kimi fikirlər səsləndi. Ancaq “kim təminat verə bilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək” sualı da açıq qalırdı”.

Analizdə vurğulanıb ki, Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını ifadə etdi:

"İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı, diqqəti Dağlıq Qarabağa da çəkdi və görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəklərini bildirdi. Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcəyini bildirdi. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək". Analizdə prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu bildirilib: "Putinin Qarabağla bağlı sözlərində niyyət var, amma qətiyyət yoxdur”.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam