Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Zaur Hüseynov Bakı metrosunu necə məhv etdi?

 

Zaur Hüseynovun yeri səhv düşüb və hazırda o, “yeraltı dünyanı” əsl cəhənnəmə çevirib

Yenixeber.org: Zaur Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunmasından 5 ilə qədər bir müddət keçir. 2014-cü ildə Tağı Əhmədovu əvəz edən Hüseynovdan gözləntilər böyük olsa da, bu gün o, jurnalistlər arasında mənfi formada məşhur olsa da metro işinin ilk pilləsindən birinci pilləsinə qədər gəlib çıxmış Tağı Əhmədovu “yerin altında çıraqla axtarmağımıza səbəb olub. Bunu görmək o qədər də çətin deyil: hər gün yarım milyondan çox Bakı sakininin istifadə etdiyi metroya sadəcə baxmaq lazımdır. Dəyişən nəsə varmı, əksinə, ümumilli lider Heydər Əliyevin paytaxtımız üçün böyük xidməti olan metro bu gün Zaur Hüseynovun “hücumları”na artıq tab gətirə bilmir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqın nəqliyyatdan təhlükəsizlik istifadəsi üçün bütün lazımi addımları atır, hər il Metropolitenə dövlət büdcəsindən dotasiya ayrılır, dövlət başçısı zaman-zaman metroya düşərək, “yeraltı” nəqliyyatla əyani şəkildə tanış olur, tapşırıqlar verir.

Amma doğrudanmı Zaur Hüseynov Bakının ayrılmaz parçası olan metronun qədrini ona göstərilən etimad qədər bilirmi?

Z. Hüseynovun metro işində naşı olması əvvəlcədən bəlli idi. Lakin o, sədr kimi sadəcə işin təşkilinə nəzarət edə, işi isə əhlinə verə bilərdi. Hüseynov bunu etdimi? Xeyr. Bu gün ömrünü “Bakı Metropoliteni”nə həsr etmiş təcrübəli mütəxəssislər evlərində oturublar. Niyə? Çünki Zaur Hüseynov bu vəzifəyə gələn kimi onları işdən qovdu. Mətbuatda Hüseynovun işdən çıxardığı təcrübəli metro işçilərinin bir çoxunun adı yayılmışdı. Onlardan bir neçəsini təqdim edirik:

1. Yol-texniki istehsalat şöbəsinin rəisi – Yəhyayev Əşrəf
2. Yol xidməti rəisinin müavini – Məmmədov Adil
3. Yolun vəziyyətinə və diaqnostika nəzarət hissəsinin rəisi – Bayramov Arif
4.Yol hissə rəisi-1 – Babayev Həmzə
5.Yol hissə rəisi-2 – İsayev Abbas
6.Yol Xİdmətinin baş mühəndisi – Ağayev Əhmədağa
7.Yol əsaslı təmir hissəsi rəisi – Bəşirov Daşdəmir.

Bunlar işdən çıxarılan onlarla təcrübəli metroçunun bəzilərinin adlarıdır. Bu gün onların yerinə Zaur Hüseynovun qohumları, hansı ki, onların heç birinin Hüseynovun özü kimi metro işindən heç bir xəbəri yoxdur, əyləşiblər.

Şöhrət ordenli, Prezident təqaüdçüsü, Fəxri dəmiryoçu, müharibə veteranı, 39 il fasiləsiz rəis vəzifəsində işləyən və 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun Prezidenti İlham Əliyevə müraciəti Zaur Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmniyyətini taladığını, metroda hər an dəhşətli qəzanın baş verə biləcəyi vəziyyətini yaratdığını və bir sıra təkzibolunmaz faktları aşkara çıxarması yəqin ki, çoxlarının yadındadır.(realmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam