Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

162 saylı uşaq baxçasının müdirəsi Maya Yunisovaya qarşı RÜŞVƏT ittihamı –«400 MANAT verməlisən ki…»

 

  

“Nəsimi rayonunda yerləşən 162 saylı uşaq bağcası – körpələr evinin müdirəsi Maya Yunisova rəhbərlik etdiyi müəssisəni atasından qalan gəlir obyekti, özəl mülkü kimi idarə edir”.

Yenixeber.org: Bu sözləri redaksiyamıza şikayət edən Kəmalə Allahverdiyeva yazır. O, bildirir ki, Maya Yunisova bağçaya götürdüyü hər uşaqdan 400 manat pul alır. Elə Kəmalə xanım da nəvələrini bağçaya qoyanda baxça müdirəsi ondan da o qədər pul istəyib. Daha sonra hər uşağa görə 200 manat rüşvət tələb edilir. Nəhayətdə K. Allahverdiyeva tapşırıqdan sonra iki nəvəsi üçün hər ay 20 manat aylıq pul verib. Bu günlərdə isə nəvələrini baxçaya apararkən bir qədər ləngiyən Kəmalə xanım gördüklərinə inanmayıb. Şahidi olub ki, bu müəssisədə uşaqlara göstərilən qayğı qənaətbəxş səviyyədə deyildir. Körpələrə ayrılan ərzaqların çox az bir hissəsi onlara verilir. Çörəyin üstünə az miqdarda şor çəkib körpələrə verirlər. Bağçaya ayrılmış “produktlar” tam şəkildə verilmir, mənimsənilir.

Bunu bağça müdirəsinə irad tutan Kəmalə xanıma “hara nə şikayət istəyirsən elə, mən yuxarıların haqqını verirəm” deyərək cavab verib.

Maya Yunisova Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qardaşı arvadıdır. “Maya bacı”nın belə ötkəm danışması da məhz bu qohumluq əlaqəsindən qaynaqlanır.

Yeri gəlmişkən xatırladaq ki, bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Az sayda uşaqlar təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir.

Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edildiyi bildirilir.

Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.

P.S. Kəmalə Allahverdiyeva baxça müdirəsinin ondan rüşvət tələb etməsinə və digər qanunsuz əməllərinə görə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət etdiyini bildirir.

Yazıda adıçəkilən Maya Yunisovanın da mövqeyini dərc etməyə hazırıq.(realmedia.az)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?