Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qubadlının icra başçısı ittiham hədəfidir... -Vəzifəsini itirə bilər

Qubadlının icra başçısı ittiham hədəfidir...
 Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov vəzifəsindən alına bilər. Bu barədə redaksiyamıza yerli mənbələr informasiya verib.

Yenixeber.org: Xəbəri verən qaynaq iddia edir ki, Malik İsaqovun ayağında maliyyə kəsiri var. Mənbənin söylədikləri: "Qubadlı RİH üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi qanun pozuntularına yol verilib. Bunu dəfələrlə Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri də təsdiqləyib. Amma nədənsə bu barədə verilən rəsmi məlumatlar barəsində bu günə qədər hansısa hüquqi addım atılmayıb".

Mənbə iddia edir ki, amma son günlər İsaqov ciddi narahatdır: "Elə söhbət gəzir ki, başçını dəyişəcəklər. Həm də başçıdan "yuxarılar" mənimsənilən pulların hesabını da soruşur. Buna görə də rayon maliyyə idarəsinin müdiri də narahatdır".

Onu da qeyd edək ki, yaxın günlərdə bir neçə rayon rəhbərinin vəzifədən alınması gözlənilir. Onların sırasında Malik İsaqovun da adına rast gəlsək, təəccüblənməli deyilik.

Qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam