Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

İran qonşu ölkələri susuz və işıqsız qoydu

İran qonşu ölkələri susuz və işıqsız qoydu
İran Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə su və elektrik ixracını dayandırıb. 

 Yenixeber.org: ISNA agentliyinə istinadən xəbər verir, bu barədə İranın enerji naziri Rza Ərdəkaniyan bəyan edib. O, bildirib ki, bu qərarın səbəbi ölkədəki mövcus su və elektrik problemilə bağlıdır.
"İxracatın davam etdiriləcəyi təqdirdə, bu sahələrdə daxili təchizatda daha çox kəsintilər ortaya çıxacaq. Hazırda su və elektrik ixracatımızı sıfır səviyyəsinə endirmişik", - deyə Ərdəkaniyan bildirib. 

O, vurğulayıb ki, İrandakı su və elektrik məsələsi qarışıq bir problemə çevrilib. Ərdəkaniyanın sözlərinə görə, bəzi qüvvələr su və elektrik problemindən İran xalqını təxribata təhrik etmək üçün istifadə etməyə çalışırlar. Bu səbəbdən də, həssas və təhlükəli olan məqamda xalq səbirli olmalı və problemlərin aradan qaldırılması üçün hər kəs birgə səy göstərməlidir. 

İranın enerji naziri onu da bildirirb ki, mövcud problemlərin dəf edilməsi üçün hökumət iqlim və hava şərtlərinə uyğun tədbirlər həyata keçiriləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam