Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

Texnologiya Universitetinin əməkdaşı Prezidentə müraciət etdi! -ŞOK FAKTLAR AÇIQLANDI



Texnologiya Universitetinin əməkdaşı Prezidentə müraciət etdi!
Yenixeber.org: Cənab prezident! Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də, hansısa nailiyyətlər əldə etmək üçün bu istiqamətdə gördüyünüz işlərin daha şəffaf olması qaçılmazdır. Bir neçə il də təhsil sahəsində yeni nailiyyətlərin əldə edilməsinə, uğurlara imza atılmasına baxmayaraq, bu gün hələ də bu sahədə kifayət qədər ciddi qüsurlar, həmçinin problemlər var ki, bu da hər bir Azərbaycan vətəndaşı kimi, təhsil işcisi kimi, məni narahat edir.

Bununla sayca bir neçə dəfədir mətbuatda sizə və dövlət orqanlarına müraciətlərim, Azərpoçt vasitəsi ilə rəsmi məktublarım olub. Şikayətlərimə pərdəarxasından baxaraq heç bir nəticə göstərməyiblər. Sizə şikayətim yenidən Texnologiya Universitetinin rektoru Akif Süleymanovdandır. A.Süleymanov üçün idarəçilikdə heç bir sərhəd, qayda qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni rəsmi sənədlərdə olanlarını nəzərinizə çatdırıram.

Mən Azər Allahverdiyevin Texnologiya Universitetinin rektoru Akif Süleymanov tərəfindən üzərinə şər-böhtan atılaraq işdən kənarlaşmışam. Akif Süleymanov tərəfindən üzümə iki qız qoyulub. Bunlardan biri Texnologiya Universitetin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilovadır, digəri tanımadığım universitetin tələbəsi Cəmilə Əsgərzadədir. Onuda qeyd edim ki, mənim üzümə qoyulan qızlardan biri, Texnologiya Universitetinin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017 ci ildə Kəpəz rayon məhkəməsi tərəfindən mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində işə qayıtmağıma qərar çıxarıldı. Qarşı tərəf Kəpəz rayon məhkəməsinin qərarını apellasiya məhkəməsinə müraciət etmişdir. 4 İyun 2018 ci ildə Gəncə Şəhər Apellasiya məhkəməsində yenidən bəraət aldım.

Üzümə duran qızlardan biri, Texnologiya Universitetinin Qiyabi və Distant təhsil mərkəzinin mütəxəssisi, Zamiqə Xəlilova rektor Akif Süleymanova ərizəsində bildirib ki:

Yazıb sizə bildirirəm ki, universitetin işçisi Azər Allahverdiyev 1 il ərzində universitet daxilində məni təqib edərək narahatlığa səbəb olmuşdur. Onu rəhbərliyə şikayət edəcəyimi dedikdə isə rəhbərlik haqqında uyğunsuz sözlər işlədərək qorxmadığını bildirmişdir. 18.10.2017 ci il tarixdə isə tələbəm sinifdə olduğu vaxt qapını açaraq mənə qarşı uyğunsuz sözlər işlətmişdir. Xahiş edirəm şikayətimi nəzərə alasınız. (İmza: Z.Xəlilova 19.10.2017)

Üzümə qoyulan digər qızlardan biri universitetin tələbəsi Cəmilə Əsgərzadə rektora yazdığı ərizəsində bildirir ki:

Yazıb sizə bildirirəm ki, 18.10.2017 tarixində mən və müəlliminm sinifdə olarkən universitetin işcisi Azər Allahverdiyev qapını açaraq müəllimə qarşı xoşa gəlməz sözdər işlədərək mübahisə etmişdir. Xahiş edirəm hər ikimizə qarşı olunan bu hörmətsizliyi diqqətə alasınız.(İmza: C.Əsgərzadə 19.10.2017)

Şöbə müdiri Kamil Süleymanov rektor Akif Süleymanova ərizəsində bildirir ki: Yazıb izə bildirirəm ki, 18 oktyabr 2017 ci il tarixdə Azər Allahverdiyev bütün iş günü işdə olmamışdır.

Üzümə duran universitetin Qiyabi və distant təhsil mərkəzinin mütəxəssisi Zamiqə Yuris qızı Xəlilovanın, tələbə Cəmilə Əsgərzadənin Etika Komissiyasının 4 saylı protokolunda verdiyi izahatların surəti:

ATU-nun Etika Komissiyasının 19 oktyabr tarixində keçirilən iclasının 4 saylı PROTOKOLU surəti.

İştirak etdilər: Etika komissiyasının 7 nəfər üzvlərindən 7 nəfəri:

Gündəlik məsələ

1. Universitetin daxili nizam – intizam qaydalarını, universtetin əməkdaşı Azər Abbas oğlu Allahverdiyev tərəfindən pozulması halının müzakirəsi.

Eşidildi: Etika Komissiyasının sədri Mətləb Oktay oğlu Əliyev bildirdi ki, 19 oktyabr 2017-ci il tarixdə universitetin bir nəfər müəlliməsi Xəlilova Zamiqə və universitetin II kurs tələbəsi Əsgərzadə Cəmilə tərəfindən təqdim olunmuş ərizələrdən məlum oldu ki, universitetin əməkdaşı Azər Allahverdiyev dərs zamanı sinifə daxil olub, müəlliməni uşaqların gözü qarşısında təhqir edərək hədələmiş və rəhbərlik haqqında nalayiq sözlər işlətmişdir. Təqdim olunmuş ərizələrə rektor A.Ş.Süleymanov tərəfindən dərkənar qoyulmuş və qeyd edilmişdir ki, etika komissiyası məsələni ciddi araşdırsın, təklif versin və universitetin nizam-intizamının təmin edilməsinə və korpuslarda növbətçilərin təyin olunmasına nəzarət etsin.

Etika Komissiyasının sədri Mətləb Oktay oğlu Əliyev bildirdi ki, bununla əlaqədar olaraq etika komissiya iclasına ərizəçi Xəlilova Zamiqə, Əsgərzadə Cəmilə və universitetin baş hüquqşunası Bahadur Məmmədəliyev dəvət olunmuşdular. Mərkəzin direktoru Kamil Süleymanov vasitəsilə Azər Allahverdiyev etika komissiyasının iclasına dəvət olunmuş, lakin A.Allahverdiyev gəlməmişdir.

Çıxışlar:

1. Söz ərizəçi Xəlilova Zamiqə Yuris qızına verildi. Zamiqə Xəlilova öz çıxışında bildirdi ki, bir ildir ki, Azər Allahverdiyev mənim yolumu kəsib məni təhqir edir, iş yerində işə maneçilik törədir, hədələyir və qorxudur. Onu rəhbərliyə şikayət edəcəyimi dedikdə isə rəhbərlik haqqında nalayiq sözlər işlədərək heç kimdən qorxmadığını bildirmişdir. Ərizədə qeyd olunmuş hadisənin bir neçə şahidi də var. Xəlilova Zamiqə etika komissiyasının üzvləriindən xahiş etdi ki, həyatına ciddi təhlükə olduğu üçün Azər Allahverdiyev barəsində ciddi tədbir görülsün.

2. II ərizəçi tələbə Əsgərzadə Cəmiləyə söz verildi. Əsgərzadə Cəmilə çıxış edərək bildirdi ki, 18 oktyabr 2017-ci il tarixdə mən və müəllimə sinifdə olarkən universitetin işçisi Azər Allahverdiyev qapını açaraq sinifə özbaşına daxil olaraq müəlliməyə qarşı xoşagəlməz sözlər işlədərək müəlliməni hədələmiş və təhqir etmişdir.

3. Etika Komissiyasının üzvlərindən Nazim Kərimov qeyd etdi ki, bu hadisə çox ciddi və cinayət tərkibli olduğu üçün məsələyə universitetin baş hüquqşunasını da dinləməyi təklif edirəm.

4.Universitetin baş hüquqşunası Bahadur Məmmədəliyev çıxış edərək bildirdi ki, bu təhsil işçisinə yaraşmayan hərəkətdir və dərs vaxtı, iş vaxtı işçilərin əmək haqqlarını və qanuni mənafelərini pozmaq qanunla qadağan olunur və həmin gün üçün mərkəzin direktorunun da fikirlərini öyrənməyə ehtiyac duyulur.

5. Komissiyanın üzvlərindən Alya Pənahova, Musa Cəfərov, Nazim Vəliyev, Röyşən Hacıyev, Mərdan Tağıyev, və Nazim Kərimov da məsələnin çox ciddi və xoşagəlməz olduğunu işçinin əmək funksiyasının da pozulduğunu bildirdilər.

Qərara alındı:

1.Azər Abbas oğlu Allahverdiyevə töhmət verilməsi məqsədəuyğundur.

2. Universitetin bütün korpuslarında növbətçilik təşkil edilsin.

Leyhinə - 7

Əleyhinə - yox

Bitərəf – yox

İclasın sədri: Mətləb Oktay oğlu Əliyev

İclasın katibi: Musa H. Cəfərov

ATU-nun Etika komissiyasının 19 oktyabr tarixində keçirilən iclasının 4 saylı PROTOKOLU-nun surəti:

Yuxarıdakı yayımladığım ərizələr, protokol, izahatlar, reallığı sübut etmir. Etika komissiyasının üzvləri, mənim üzümə duran qızlar niyə sual vermiyiblər ki: Azər Allahverdiyev sizi niyə təhqir edib, hədələyir və qorxudur? Zamiqə Xəlilova ərizəsində bildirir ki: universitetin işçisi Azər Allahverdiyev 1 il ərzində universitet daxilində məni təqib edərək narahatlığa səbəb olmuşdur. Zamiqə Xəlilova izahatında bildirir ki: Azər Allahverdiyev mənim yolumu kəsib təhqir edir, iş yerində maneçilik törədir, hədələyir və qorxudur, Etika komissiyasının üzvləridən Zamiqə Xəlilova xahiş etdi ki, həyatına ciddi təhlükə olduğu üçün Azər Allahverdiyev barəsində ciddi tədbir görülsü. Burada sual yaranır? Əgər Azər Allahverdiyev siz Zamiqə Xəlilovanın qabağını kəsirsə, hədələyirsə, qorxudursa, həyatınıza ciddi

təhlükə yaradırsa niyə “HÜQUQ MÜHAFİZƏ” orqanlarına 1 il ərzində müraciət etməmisiniz. Yenə sual yaranır? Mən Zamiqə Xəlilovanı 1 il ərizində narahat etmişəmsə, təqib etmişəmsə, Universitetin hər bir yanında kamera var, onda etika komissiyasının üzvlərinədə, məhkəməyədə, kameralardan görüntülər təqdim edərdilər. Zamiqə Xəlilova izahatında bir daha bildirir ki, dərs zamanı Azər Allahverdiyev sinifə daxil olub məni uşaqların gözü qarşısında təhqir edərək hədələmiş, qorxutmuş, həyatıma ciddi təhlükə yaratmışdır. Yenə sual yaranır? Şahid qismində protokolda, ərizədə, izahatda, bir nəfə Cəmilə Əsgərzadə göstərilib, niyə sinifdə olan digər uşaqlar şahid kimi göstərilməyib? Şöbə müdiri Kamil Süleymanov 18 oktyabr 2017 ci il də ərizə ilə rektor Akif Süleymanova müraciət edir ki, universitetin işcisi Azər Allahverdiyev bütün iş günü işdə olmamışdır. Yenə sual yaranır? Əgər Azər Allahverdiyev 18 oktyabr 2017 ci il də işdə olmamışdırsa necə ola bilər ki, Zamiqə Xəlilovanı, Cəmilə Əsgərzadəni həmin gün yəni 18 oktyabr 2017 ci il tarixində sinif otağının qapısını açaraq təhqir etsin, hədələsin, qorxutsun, həyatlarına ciddi təhlükə yaratsın. Müraciətimi oxuyan dövlər qurumları diqqətlə tarixlərə nəzər salsınlar. Hər üç ərizə 18 oktyabr 2017 ci il də yazılıb rektorun ünvanına. Universitetin sinif otaqlarında kameralar var və belə bir hal baş vermişdirsə onda həmin kameralardan görüntüləri etika komissiyasına, məhkəməyə, təqdim edərdilər. Əgər sinif otaqlarının kameraları işləmirsə onda, dəhlizdə olan kamera görüntüləri təqdim edilsə, həqiqətən də həmin gün dərs vaxtı sinifin qapısını açıb adları çəkilən xanımlara hörmətsizlik etməyim aydınlaşardı. Hesab edirəm ki, mən Azər Allahverdiyev haqqında yazılan ərizələr, izahatlar, etika komissiyasının iclası, yuxarıda adları qeyd edilən şəxslər rəhbərliyin yəni ki, Akif Süleymanovun göstərişinə əsasən mənə qarşı belə bir mövqe tutmuşlar.

İnanıram ki, Azərbaycan Respublikasının qanunları Akif Süleymanovun özbaşınalığından çox-çox üstündür. Bu faktlarla və digər faktlarla bağlı müvafiq qurumlara, yəni Prezident Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Təhsil Nazirliyinə, davamlı olaraq rəsmi müraciətlər edirik. Çox təəssüf keçirərək bildirirəm ki, müraciətlərimizə pərdəarxasından baxırlar, şikayətlərimizi Təhsil Nazirliyinə yönəldirlər, Təhsil Nazirliyində şikayətlərə ədalətli baxmırlar, və digər dövlət qurumlarına Universitetin əməkdaşlarının şikayətlərinə aldadıcı cavablar verirlər, bununlada Akif Süleymanovun çirkin əməllərinə don geyindirirlər.

Təhsil Naziri Ceyhun Bayramova davamlı olaraq “Azərpoçt” vasitəsi ilə məktublar salıram, təəssüflə qeyd edirəm ki, məktublarıma rəsmi cavab ala bilmirəm. Əgər Akif Süleymanovu Texnologiya Universitetinə, müəllimlərinə, düşman kəsilməyə göndəriblərsə, Dövlət qurumlrı desinlər bilək.

Texnologiya Universitetində şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi dövlət müəssisəsində kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir “ATA” kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Mənim üzümə duran qızlar Akif Süleymanovun nəvəsi yaşında qızlardır. Hətta Zamiqə Xəlilovanın atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yurist Xəlilovdur.

Tədris şöbəsinin müdiri Piri Axundov hal-hazırda universitetdə təlim-tərbiyə işlər üzrə prorektor vəzifəsini icra edir, axı universitetdə təlim-tərbiyə üzrə prorektor işləyən biri, başqasının övladına qarşı, məhkəməyə Zamiqə Xəlilovanın atası Yuris Xəlilovla üzə durmağa gələməsini nəcə başa düşmək olar. Bu adam təhsil ocağında təlim-tərbiyə işlər üzrə prorektor vəzifəsini icra etməsi doğrudurmu?

4 İyun 2018 ci il Apellyasiya məhkəməsinin önündə çəkilən şəkil, üzümə duran Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı məktəbin direktoru Yuris Xəlilov, təlim-tərbiyə işlər üzrə prorektor vəzifəsini icra edən Piri Axundov:- Kişi olan bir şəxs, özüdə məktəb direktoru nəçür şəxsiyyətinə sığışdırıb, üzə durmağa gələr?

Təhsil Nazirliyi, təhsil ocağında bu adamları saxlaması sual altındadır. Bir halda ki, ölkəmizin gənclərinin elm-təhsil strukturuna, dövlətimizin, xalqımızın, gələcəyini təmin edən bir sahəyə, yəni

təhsilə Terxnologiya Universitetinin rektoru Akif Süleymanov, Gəncə 34 nümrəli məktəbin direktoru Yuris Xəlilov kimi məmurlar rəhbərlik edir, bu xalqa xəyanətə bərabərdir

Zamiqə Xəlilovanın atası Gəncə 34 saylı məktəbin direktoru Yuris Xəlilovu, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseyinova dəfələrlə ərizə ilə müraciət edərək bildirmişəm ki, Yuris Xəlilov qızı Zamiqə Xəlilovaya sahib çıxa bilmirsə onun məktəb direktoru işləməyə mənəvi haqqı yoxdur. Təəssüflər Gəncə Təhsil İdarəsinin rəisi Zakir Hüseyinovdan ərizəmə məni qəne edici cavab ala bilməmişəm. Təhsil ocağına bu cür adamlar rəhbərlik edirsə, gələcəyimiz göz qabağındadır. Axı təhsil bizə uşaq yaşlarından orta məktəbdə verilməsi ilə başlayır, ali məktəbdə də davam edir, belə adamların təhsilə rəhbərlik etməsi, hüquqları pozulmuş şəxsdən başqa, bir vətəndaş kimi də, məni narahat edir.

Diqqətinizə çatdırım ki, 4 iyun 2018 ci ildə Apellyasiya məhkəməsi, Kəpəz rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı, mən yenidən bəraət aldım.

Akif Süleymanov:- Nizami Gəncəvinin bir kəlamı var...

Bu qoca dünyada hər nəyə baxsan,

Allah varlığlına sübut taparsan.

Yuxarıda sadaladığım bu çirkin işlərin başında Akif Süleymanov durur, onun rektor işləməyə mənəvi haqqı yoxdur, o bu çirkin əməllərinlə rektorluq haqqını çoxdan itirib.

Hesab edirəm ki, həm idiman mərkəzinin direktoru, hə də yuxarıda qeyd edilən şəxslər Zamiqə Xəlilova, Cəmilə Əsgərzadə rəhbərliyin göstərişinə əsasən mənə qarşı belə bir mövqe tutmuşlar.

Heç çürə qəbul edə bilmirəm ki, işdən azad olunmağımın əsası kimi, bir xanıma qarşı pis münasibət bəsləməsindən irəli gəlsin.

Bundan əlavə qeyd edim ki, mən Azər Allhaverdiyevə qarşı Akif Süleymanov qərəzlidir, mənim həyatıma hansısa ciddi zədə vurulsa Akif Süleymanovdan ya da onun ətirafında olan şəxslərdən gələcəkdir. Yuxarıda qeyd etdiklərimi digər dövlət qurumlarınıda məlumatlandırmışam. Çünki, mənə qarşı ikinci bir qərəzli şəxs yoxdur.

Mən Hüquqi Dövlətdə yaşayıram, amma Dövlət qurumlarında şikayətlərimə baxılmır. Müraciətimi, şikayətimi oxuyan, Dövlət qurumlarında işləyən məmurun övladının üzünə adam qoysalar bir “ATA” kimi münasibəti necə olar? Niyə şikayətlərimə baxmırlar?

Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qətnaməsində yalan ərizə və uydurma “hadisələr” təşkili, qərəzli olaraq mən Azər Allahverdiyevə qarşı qarayaxmalara münasibət bildirərək bu sübutları inandırıcı hesab etməmişdir. Mənə qarşı bu qərəzli hərəkətlərin edilməsi, həqiqət olmayan ərizələrin təqdim edilməsi, məhkəmə qətnaməsində öz layiqli qiymətini almışdır.

Odur ki, mən Azər Allahverdiyev barəsində məqsədli şəkildə təşkil olunmuş bu “ yalan”lar, uzun-uzadı məhkəmə proseslərinə cəlb edilməklə iş yerində və məni tanıyan çoxsaylı Universitet kollektivi, müəllim və tələbə heyyəti arasında nüfuzuma xələl gətirən nəticələrə səbəb olmuşdur. Mənim haqqımda həqiqətə uyğun olmayan söz-söhbətlər müzakirə mövzusuna çevrilmişdir.

Prezident İlham Əliyev cənabları! Sizə yenidən müraciət edərək bildirirəm ki, Texnologiya Universitetyin rektoru Akif Süleymanov kimi məmurlar, çiçəklənən dövlətimizə, dövlətimizin ziyalılarına xəyanət edir. Sizdən xahiş edirəm, Texnologiya Universitetinin rektoru Akif Süleymanovu, çirkin əməllərinə görə tutduğu vəzfədən azad edəsiniz, Akif Süleymanov haqqında, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” etmə “Vəzifə səlahiyyətlərini aşma” “ Sübutları saxtalaşdırma” “Böhtan” atma maddələri ilə çinayət işi açılmasına, onu qanunlarımız qarşısında cəzalandırılmasına sərəncam verəsiniz..

Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev
Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?