Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda fürsətdən istifadə edib qiyməti artıran taksi şirkətləri

Ölkə ərazisində elektrik enerjisinin təminatından yaranan problemi bəzi işbazlar fürsətə çevirib

Yenixeber.org: Məlumdur ki, hazırda  Bakı metrosu fəaliyyət göstərmir və sakinlər digər ictimai nəqliyyat vasitələrinə üz tuturlar. “BakuBus”lar sərnişinləri ödənişsiz daşıyır. Həmçinin taksilərə də tələbat çoxdur. Bir çox taksi şirkəti isə yaranmış vəziyyətdən istifadə edib qiymətləri qaldırıb.
Sosial şəbəkə istifadəçiləri yazırlar ki, “Taxify” və “Uber” bütün istiqamətlərdə qiymətləri 2-3 dəfə artırıb. Belə ki, adi günlərdə 5 manata təklif edilən xidmət bu gün 10 manatdan yuxarı qiymətə olub.
Fürsətdən istifadə edən “189” taksi xidməti də qiymətləriu artırıb. Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar.
İddialarla bağlı taksi şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. “Taxify” Bakı ofisini zənglərimizi qəbul etmədi.
Təbii ki, qiymət artımı etməyən taksi şirkətləri də var, ancaq onlara tələb böyük olduğu üçün taksi tapmaq çətindir, hətta operatorlarla əlaqə saxlamaq belə mümkün olmur.
Hər bir halda belə fövqəladə vəziyyətdə əhaliyə düzgün xidmət göstərən şirkətlər gələcək üçün də yeni müştərilər qazandılar. Çətin durumdan istifadə edib cibini doldurmağa çalışanlar isə yüzlərlə müştəri itirdilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam