Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ət kəsimi küçələrdən yığışdırılır

 "Azərbaycanda xırda və iri buynuzlu heyvanların bütün normalara əməl olunmaqla satışı təmin olunduqdan sonra küçələrdə heyvan satışı qadağan ediləcək''. Belə bir açıqlamanı qida təhlükəsizliyi agentliyinin sədri Qoşqar Təhməzli verib. Onun sözlərinə görə, yeni kəsim yerlərində laboratoriyalar fəaliyyət göstərəcək. Kəsim məntəqlərini isə sahibkarlar yaradacaqlar

Yenixeber.org: Azərbaycanda küçələrdə heyvan kəsimini qadağan etmək və bu prosesə nəzərəti gücləndirmək üçün iş aparılır. Bunun üçün bütün ölkə üzrə, kifayət edəcək qədər müasir kəsim məntəqləri yaradılacaq. Bu qadağanı tətbiq edəcək orqan olan Qida Təhlükəsiziliyi Agentliyinin sədri Qoşqar Təhməzli küçədə heyvan kəsiminin nə vaxt ləğv ediləcəyini açıqlayıb.
Hazırda ölkə üzrə fəaliyyət göstərən ət kəsimi məntəqlərində monitorinq həyata keçirilir. Bunun nəticəsində hansı bölgədə nə qədər müəissəyə ehtiyac olduğu öyrəniləcək. Belə kəsim məntəqələri isə Qida təhlükəsizliyi və yerli icra hakimiyyətlərinin dəstəyi ilə sahibkarlar tərəfindən yardılacaq. Bu təkliflə çıxış etmək istəyən sahibkarlar növbəti ayın 1-dən etibarən agentliyə müraciə edə bilərlər.
Hər bir kəsim məntəqəsində laboratoriya fəaliyyət göstərəcək və ətlər xüsusi avtomobillərlə satış yerlərinə daşınacaq.
Qeyd edək ki, bu qadağa və yeniliklərin məqsədi insaları zoonoz infeksiyalardan qorumaq və sağlam qida ilə təmin etməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam