Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nəsiminin başçısı FHN-nin su anbarını satdı, camaat qalxdı –Video




 Bakının 20 Yanvar küçəsi, 22 ünvanda yaşayan sakinlər qanunsuz tikintiyə etiraz edirlər. Bu haqda jurnalist Arifə Əliyeva feysbuk üzərindən canlı yayım edib.

Yenixeber.org: “Qızıl tac” restoranı yaxınlığında, iki bina arasında yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsus su anbarının üstündə yaşayış binası inşa olunur.

Sakinlər FHN-ə müraciət etdikdən sonra əraziyə baxış keçirilib və nazirlik tərəfindən tikinti dayandırılıb. Lakin iyunun 9-da təzədən tikinti davam etdirilib.

Bu dəfə sakinlərin şikayət etməsini və çəkiliş aparmasını görən iş icraçıları dərhal tikintini dayandırıblar, dəmir hasarlar bağlayıblar.

Şikayətçilər deyirlər ki, tikintini Abbas Hüseynov adlı fiziki şəxs aparır və ərazidə ağacları məhv edib.

O, Nəsimi Rayon İcra Hakimiyyətindən tikintiyə icazə sərəncamı aldığını desə də, sakinlərə sənədin yalnız surətini göstərir, orjininalını isə təqdim etmir.

Hadisə yerində olan jurnalistə açıqlama verən A.Hüseynov bildirib ki, tikintiyə icazə sənədi ona məxsus ofisdədir və təqdim etməyə hazırdır.

O, FHN-ə aid su anbarının köhnə və istifadəsiz olduğunu bildirib. Tikinti sahibi ərazidə 5 mərtəbəli bina inşa etdiyini və ərazinin abadlaşdıracağını söyləyib.

Halbuki, FHN-a aid su anbarının üstündə qanunsuz tikinti aparılır və nazirlik də buna imkan verməyib. Ancaq sahibkar Nəsimi icra başçısı Asif Əsgərovla necə anlaşıbsa, iki yaşayış binasının tən ortasını alaraq bina inşa edir.

Qeyd edək ki, son illərdə A.Əsgərov Nəsimi rayonunda satmadığı yaşıllıq, binaların həyətləri, yollar, səkilər qalmayıb.Emil/AzEuroNews.com/

Video © Arifə Əliyeva



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam