Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

"AtaSığorta"ya ittiham-...dələduzluqla, saxtakarlıqla məşğul olur,...

  
 Yenixeber.org: Redaksiyamıza Ucar rayonu T. İsmayılov küçəsi ev 34 ünvanda yaşayan Məmmədov Mahir Əliyusif oğlunun müraciəti daxil olub. Müəllif müraciətində "AtaSığorta" ASC-də qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Biz səslənən ittihamlarla bağlı qarşı tərəfi də dinləmək istəsək də, çabalarımız nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik: 
""Ata" Sığorta Şirkəti məni aldadıb sığorta pulumu vermək istəmir.17 dekabr 2017-ci il tarixdə Ucar şəhərinin Oğuz küçəsi ərazisində mənə məxsus 10 NR 709 nömrəli VAZ-2107 markalı avtomobillə, VAZ-21011 markalı avtomobil toqquşmuşdur. Nəticədə mənim avtomobilimə 1800 manat ziyan dəymişdir.Təqsir qarşı tərəfdə olduğundan hadisəni araşdıran Ucar Rayon Polis Şöbəsi buna dair sənədlər tərtib edilmişdir. Həmin sənədləri "Ata" Sığortanın Göyçay rayon filialına təqdim etdim. Oranın əməkdaşı Rauf Həmidov hər dəfə müxtəlif bahanələr gətirə-gətirə avtomobilimə dəyən ziyanın sığorta pulunu vermək istəmir. Rauf Həmidov mənə bildirir ki, sənədlərini hazırlayıb Bakı şəhərinə mərkəzi idarəyə göndərmişik onlar pulu verən kimi sizə sığorta pulu ödəniləcək. Baş İdarəyə zəng edib deyirəm  onlar deyir ki, bizlik deyil. Artıq 6 aydır ki, "Ata" Sığorta məni süründürməçiliyə məruz qoyub. Gah deyirlər ki. sənə 550 manat sığorta pulu veriləcək gahda deyirlər ki, 250 manat veriləcək. Bu fırıldaqçı sığorta şirkəti istədiyi saxtakarlığı edir.Əslində isə mənim avtomobilimə dəyən ziyanın məbləği 1800 manatdır ki, buna dair rəy var. Bu özbaşınalıq, qanunsuzluqdur ki, "Ata" Sığorta şirkəti edir.

Mən mətbuat vasitəsi ilə vətəndaşlara bildirmək istəyirəm ki, ehtiyatlı olsunlar "Ata" Sığorta Şirkətində sığorta əməliyyatı etməyin. Bu Sığorta Şirkəti dələduzluqla, saxtakarlıqla məşğul  olur, vətəndaşları aldadıb pulunu mənimsəyir".

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq. 
  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam