Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Əbülfəz Məlikovun qorxulu “Tulçinka”sı-Problem



Əbülfəz Məlikovun qorxulu “Tulçinka”sı
Yenixeber.org:Azərbaycanda idxal monopoliyasına nəzarət edən "Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov mediada ölkəyə zəhərli kərə yağları gətirməkdə ittiham olunur. Amma bir müddətdir ki, Məlikov haqqında yayılan məlumatlarla bağlı heç bir açıqlama vermir, yayılan xəbərləri nə təsdiq, nə də təkzib edir...

Baş monopolist Əbülfəz Məlikov xeyli vaxtdır, Rusiyada müxtəlif kimyəvi vasitələrlə hazırlanmış yağları Azərbaycanda kərə yağı adı altında satır. Belə ki, Əbülfəz Məlikovun birbaşa inhisarında olan "Tulçinka” yağları məhz Rusiyada bu yolla hazırlanır, Azərbaycan istehlakçılarına isə kərə yağı adı təqdim edirilir. Bazardakı konyuktura isə Əbülfəz Məlikovun istəklərinə tam cavab verir. Yəni nisbətən keyfiyyətli yağların bazarda baha olması "Tulçinka”nın reallaşmasını şərtləndirir.

Gundeminfo.az-a daxil olan məlumata əsasən ölkənin qida bazarında mühim strateji imkanlara malik olan Əbülfəz Məlikov biznes şəbəkəsinin böyük bir qismini itirsə də, hazırda kərə yağları bazarında hegemonluğunu qoruya bilib. Məlumata əsasən Azərbaycanda aksizsiz siqaretlərin satışına birbaşa rəhbərlik edən Məlikovun bütün imkanları məhdudlaşdırılıb. Hazırda ölkəyə qeyri-qanuni yollarla gətirilən aksizsiz siqaretlərin satışına məhdudiyyətlər qoyulub. Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsindən sonra "Broker Əvülfəz" in qara günləri başlayıb.

Gundeminfo.az-a danışan mənbə bildirir ki, ölkə ərazisində sərbəst şəkildə qaçaqmal yoluyla gətirilən aksizsiz siqaretlərin satışı tam məhdudlaşdırılıb. Səfər Mehdiyevin DGK-ya sədr təyin edilməsindən sonra Məlikov əlində olan bir sıra imkanlarını qoruyub saxlamağa çalışır. Mənbəmiz iddia edir ki, bazarda kütləvi olaraq satılan "Tulçinka" yağları ilə bağlı da yaxın günlərdə araşdırmalara başlanacaq. Və böyük ehtimalla da bu yağların satışına da qadağa qoyulacaq. Mənbəmiz iddia edir ki, hazırda müvafiq qurumlar yoxlamalar aparır və labartor analizlərin nəticələri açıqlandıqdan sonra qadağalar qüvvəyə minəcək.

Gundeminfo.az-a danışan mənbə bildirir ki, Əbülfəz Məlikovun aksizsiz siqaret satışı biznesi əlindən alınandan sonra uzun illərdir qeyri-rəsmi rəhbəri olduğu "Fermer evləri" layihəsi ilə bağlı da araşdırmalar başlanılıb. Kərə yağı biznesinin əlindən çıxmasının ardınca isə "Baş Broker"i çətin günlər gözləyir. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam