Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kənd sakinləri Göyçayın mərkəzinə gəlmək üçün Ucardan keçəcəklər- FOTO

Körpü dağıldığı üçün əhalinin 60 faizinə yanğından mühafizə, tibbi yardım və ərzaqla bağlı xidmət təmin edilir

Yenixeber.org: Göyçay rayonunda sel suları kənd 
təsərrüfatına da ciddi ziyan vurub.
Göyçay rayon icra hakimiyyətindən APA-ya bildiriblər ki, sel suları Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün də təhlükə yaradıb.
Sel suları Göyçay çayının yatağının xeyli genişlənməsinə səbəb olub, torpaq uçqunu nəticəsində kənd sakinlərinin meyvə bağları, tərəvəz əkini sahələri çay yatağına düşərək məhv olub. Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndlərdə sakinlərlə görüşərək əhaliyə dəyən ziyanın məbləğini hesablayır.
Rayon fövqəladə hallar komissiyasının sədri İ. Vəliyev APA-ya bildirib ki, Göyçayda selin törətdiyi fövqəladə vəziyyətlə əlaqədar Göyçay çayının sol tərəfindəki yaşayış məntəqələrinin sakinlərinə zərurət olarsa kömək edilməsi üçün təcili tibbi yardım-həkim briqadası yaradılıb. Qızılağac kənd həkim məntəqəsində yerləşdirilən ixtisaslı həkim briqadası təcili tibbi yardım avtomobili və lazımı dərman preparatları ilə təmin olunub. Bundan əlavə, Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən avtomobili Göyçay çayının sol sahilinə keçirilərək orada fəaliyyəti təmin edilib. Zərurət olarsa yanğından mühafizə hissəsinin Qaraməryəm bölməsi də köməyə gələcək. Göyçay çayının sol tərəfindəki 38 yaşayış məntəqəsində rayon əhalisinin 60 faizi yaşayır. Hazırda insanların kəndlərdən Göyçay şəhərinə avtobuslarla gəlişi Ucar şəhərindən keçməklə və gediş haqqı artırılmadan təmin edilir. Həmin yaşayış məntəqələrinin çörək və digər ərzaq məhsulları ilə təmin edilməsi, kəndlərdən meyvə-tərəvəz məhsullarının mərkəzi bazara gətirilməsi üçün işlər görülür".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam