Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

CABBAROV KƏRƏM HƏSƏNOVUN “BAZARINI” BAĞLAYA BİLƏCƏKMİ? –10 milyonlar talanır

 Vüqar Gülməmmədov: “Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir”
“2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub.”
Yenixeber.org: APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ötən il 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.
Hesablama Palatasının rəhbəri əlavə edib ki, ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. V.Gülməmmədov gəlirlər üzrə icra səviyyəsini də açıqlayıb: “Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir”.
Qeyd edək ki, səhmləri dövlətə məxsus olan müəssisələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) nəzarətindədir. Bu müəssisələrin gəlirlərinin isə ƏMDK sədri Kərəm Həsənov və ətrafı tərəfindən mənimsənildiyinə dair çoxsaylı faktlar və iddialar mövcuddur.
Məsələn, hərraclarda yüzlərlə səhmdar cəmiyyətə külli miqdarda vəsait yatıran minoritar səhmdar Vəzir Rəcəbov, mojaritar səhmdarları gəlirləri gizlədərək, həm dövlətin büdcəsinə çatacaq vəsaiti, həm də minoritar səhmdarlara xalis mənfəətdən çatacaq dividenti müxtəlif maliyyə maxinasiyaları ilə gizlətməkdə suçlayıb. Qanuna görə, hər bir səhmdar cəmiyyətin icra orqanı əvvəlki ilin yekununa dair maliyyə-təsərüfat fəaliyyəti barədə ildə bir dəfə, cari ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağını çağırmalıdır və səhmdarlara hesabat verməlidir.
Lakin başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 10-larla ASC-nin səhmdarlarının ümumi yığıncağını bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçirdirlər.
Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Səhmlərinin 30%-i dövlətdə olan ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Əsasən 30%-i dövlətdə olan cəmiyyətləri ƏMDK-nin işçiləri idarə edirlər.
Məsələn, “Ucar Tikinti Nəqliyyat” ASC-nin 44,9% səhm paketinin sahibi, ƏMDK-nın Dövlət Əmlakının İdarə Edilməsi və Səmərəli İstifadəsinə Nəzarət Şöbəsinin müdiri İlham Abbas oğlu Pənahov və 45,8% paket sahibi Bəhruz Ağakərim oğlu Rəhimovun qəsdən gəlməmələri səbəbindən dəfələrlə səhmdarların iclasının baş tutmadığı bildirilib.
Başqa bir səhmdar Vəzir Rəcəbov mətbuata açıqlamasında deyib ki, nə qədər ki, ƏMDK-nin sədri Kərəm Həsənov öz qanunsuz, özbaşına əməllərini davam etdirir və ona dövlət orqanları tərəfindən ciddi nəzarət olunmur, bu sahədə heç bir irəliləyişdən söhbət gedə bilməz.
Dövlətin nəzarətində olan 600-dən çox ASC-nin səhmdarı olmasına baxmayaraq, bu günə kimi minoritar səhmdarlara bir qəpik də dividend ödənilmədiyini önə çəkən V.Rəcəbov qeyd edib ki, Kərəm Həsənovun müxtəlif maxinasiyalarla hansısa çobanın və yaxud çəkməçinin, o cümlədən yaxın adamlarının adına sənədləşdirdiyi səhmdar cəmiyyətlərin fəaliyyəti Vergilər Nazirliyinin əməkdaşları tərəfindən “təmənnasız” şəffaf yoxlanılarsa, büdcəyə nə qədər ziyan vurulduğu üzə çıxar.

Misal olaraq göstərilib ki, 11.11.2015-ci il tarixdə “Bakı Yüngül Konstruksiya” ASC-nin növbədənkənar iclası keçirilib. ƏMDK-nin sədr müavini Rüstəm Şahbazovun yaxın adamı sayılan Sahib adlı şəxs, iclasın qərarı olmadan, özünü İdarə Heyətinin sədri elan edib. Lakin səhmdarların reyestrinin köhnə tarixlə olduğunu bilən minoritar səhmdarlar iclası qeyri-qanuni hesab ediblər. ASC-nin İdarə Heyətinin sabiq sədri Ərzuman müəllim iddia edib ki, onu ƏMDK-nin DƏİSİN-nin şöbə müdiri İlham Pənahov əsassız olaraq işdən kənarlaşdırıb.
Özünün də bu vəzifəyə ƏMDK tərəfindən təyin edildiyini vurğulayan Ərzuman müəllim, Kərəm Həsənovun səhmdar cəmiyyətlərin gəliri və büdcədən yayınma ilə bağlı hiylələrini açıb töküb. Onun sözlərinə görə, Kərəm Həsənov və onun işçiləri Vergilər Nazirliyinin bəzi “üzdəniraq” əməkdaşları (əvvəlki nazirin dövründən söhbət gedir-red.) ilə əlbir olaraq, səhmdar cəmiyyətlərin vergi ödənişlərini 5 ildən bir silməklə, büdcəyə külli miqdarda ziyan vururlar. Onun sözlərinə görə, “Bakı Yüngül Konstruksiya” ASC-nin 89.000 AZN vergi borcu da elə bu yolla silinir.
Əvəzində isə, VN-nin əməkdaşına 3-5 min arası rüşvət ödənilir. Bu yolla Kərəm Həsənov nəzarətində olan ASC-lərin ərazilərindən icarə hesabına götürdüyü gəlirləri də həm səhmdarlardan, həm də büdcədən öz əlaltıları vasitəsilə gizlədərək, mənimsəyir.
Məsələn, uzun illərdir özəlləşən H.Z.Tağıyev adına “Toxucu Kombinatı” ASC-nin, təxminən 1000 nəfər səhmdarı var. Lakin ASC bir neçə hektar ərazisində icarədən götürdüyü gəlirlərdən səhmdarlara 1 qəpik belə dividend ödəməyib. Uzun illər ərzində ƏMDK-nin əməkdaşı Elmin cəmi bir dəfə – 2014-cü ilin dekabrında səhmdarların ümumi yığıncağını keçirib. Bu iclasda isə səhmdarlara ASC-nin söküləcəyi və yerində binalar inşa ediləcəyi barədə məlumat verib. 17 ilə yaxındır özəlləşən ASC-ni ƏMDK-nin əməkdaşları Elçin və Vüqar adlı şəxslər idarə edir.
Çinar Soyuducuları ASC-nin bir neçə hektar ərazisi və anbarları, sexləri müxtəlif sahələr üzrə icarədədir. Səhmdarların dediyinə görə, təkcə Çinar Soyuducuları ASC-dən Kərəm Həsənov ayda 120 MİN MANAT vəsait götürüb, bu vəsait büdcədən və səhmdarlardan gizlədilib!
Bütün bunlar göstərir ki, K.Həsənov nəzarətində olan ASC-lərin mülkiyyətini, ərazisini yüksək qiymətə icarəyə verib, çox cüzi qiymətə sənədləşdirməklə, həm büdcəyə, həm də minoritar səhmdarlara külli miqdarda ziyan vurmaqla məşğuldur!
Bu barədə geniş məlumata malik olan V.Rəcəbov qeyd edir ki, dəfələrlə Kərəm Həsənov və onun əlaltılarının ASC-ləri talan etməsilə bağlı dövlət orqanlarına şikayət etsə də, heç bir nəticə olmayıb. “Kərəm Həsənovun hansı əməlini sizə deyim? Məsələn, ASC-ləri özəlləşdirərkən, cəmiyyətləri süni şəkildə 3 dəfə hərraca çıxarmaqla, nizamnamə kapitalını dəyərindən qat-qat aşağı qiymətə sənədləşdirərək dövlətə külli miqdarda ziyan vurub. Lakin çox cüzi qiymətə sənədləşdirdiyi ASC-ləri sahibkarlara çox yüksək bazar qiymətinə satmaqla, işıq sürətilə hədsiz dərəcədə varlanıb. Əmlak Komitəsinin nəzarətində olan ASC-lərin əksəriyyətinin hüquqi ünvanlarında ya “göydələn”lər tikilib, ya da müxtəlif məqsədlərə görə sökülüb. Hansı ki, Mülkü Məcəlləyə görə, ASC-lərdə səhmdarların razılığı olmadan heç bir söküntü olmamalıdır. Sökülən səhmdar cəmiyyətlərdən mənimsədiyi külli miqdarda vəsaitdən minoritar səhmdarlara heç bir kompensasiya ödəməyib”.
Güründüyü kimi, uzun müddətdir ki, nəzarət-səhm paketi dövlətə məxsus olan ASC-lərin minoritar səhmdarları onlara çatası dividentlərin və dövlət büdcəsinə yönəlməli olan vəsaitlərin Əmlak Komitəsinin rəhbərliyi tərəfindən mənimsənildiyini bildirirlər.
İndi isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da bunu təsdiqləyir. Onun  açıqlamasından məlum olur ki, səhmləri dövlətə məxsus olan müəssisələrdən büdcəyə çatmalı olan vəsaitin təxminən 60 faizi mənimsənilir. 600-ə yaxın belə müəssisənin olduğunu nəzərə alsaq, 10 milyonlarla manatın talandığını söyləmək olar. Buna görə də həmin müəssisələrdə vergi siyasətinin sərtləşdirilməsini tələb edir.
Yeni vergilər naziri Mikayıl Cabbarovun bu çağırışa necə cavab verəcəyini isə zaman göstərəcək. Maraqlıdır, Cabbarov Əmlak Komitəsinin rəhbərliyinin “bazarını” bağlaya biləcəkmi?(azpolitika.info)
Murad MƏMMƏDOV

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam