Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

 ELMAR VƏLİYEV İCRA BAŞÇISIDIR, YOXSA…-Şikayət






image here


…GƏNCƏ DÖVLƏT FİLARMONİYASININ RƏHBƏRİ?
Yenixeber.org: ...Kasıbçılıq içində çabalayan Gəncə şəhəri təhsil işçilərinin problemlərinin üzərinə daha bir problem də əlavə olundu. Gəncədə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən məcburən bu filarmoniyada keçirilən bütün konsertlərdə iştirak etmələrinə start verdi.
Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir. Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edilərək biri 50 manatdan bilet verilir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır. Filarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar, çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır.
Biz dünən müəllimlərə məcburi qaydada satılan biletlərin birinin şəklini Sizə göndəririk. Biletin qiyməti, müğənninin Alim Qasımov olması və s. aydın görünür. Amma biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb. Ona görə ki, bu adamlar həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxartdıracaqlar.
***
Bundan başqa, hər həftə Kəpəz futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satırlar. Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və s. aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki, mən təhsil haqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?
Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə, onda "kef " başlayır. Həmin şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.
İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa, onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir. Bu gün 1200 nəfərdən çox tamaşaçı tutan filarmoniya artıq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün külli miqdarda qazanc mənbəyinə çevrilib. Belə yerdə müəllimlər deyirlər, isinmədik istisinə, kor olduq tüstüsünə...
ELMAR  VƏLİYEV İCRA  BAŞÇISIDIR, YOXSA…
Bir sözlə, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar Vəliyevin əlindən cana yığılıb. Camaat bilmir boğazının dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin adamlarına pul ödəsin. Məktəblərin bütün hamısına konsert bileti satdırılır. Məktəblərə konsert bileti verirlər, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər uşaqdan pul yığsınlar. Müəllimlər də yazıqlar qalıblar pis vəziyyətdə. 50 manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə konsert olur. İndi gəl ay yazıq müəllim və valideyinlər ödə bu pulları. Bu nə qədər davam edəcək??? Camaat artıq bezib. Deyirlər ki, kaş bu filarmoniyanın üstünə göydən daş yağaydı. Bu konsert nəyimizə lazımdır? Filarmoniya olub kimlərinsə gəlir mənbəyi. Ölkədə iş yerləri yoxdur. Camaat bir təhər başını girələyir. Hara baxır təhsil naziri Ceyhun Baramov?
Hörmətli «Təzadlar»! Burdan müraciət edirik təhsil naziri Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir? Bu təhsil müəssisələri Elmar Vəliyevin, yoxsa cənab nazir Sizin? Bu biabırçılığa son qoymaq lazımdır. Gah kukla teatrı, gah dram teatr, indi də ortaya filarmoniya çıxıb. Axı bu millət yazıqdır.
Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar hər evə gətirib məcburi şəkildə satsınlar. Bu sadaladığımız müəssisələrdə çalışanlar elə şəhər sakinləridir. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar.
Hörmərtlə,
Bir qrup təhsil işçisi (Məlum səbəbdən adımızı yaza bilmədik).(tezadlar.az)
Redaksiyadan: məsələyə aydınlıq gətirilməsi üçün Gəncə Filarmoniyasının direktoru Samir Cəfərovla əlaqə saxlamağa cəhd etdik, laki niş nömrəsi cavab vermədi. Onun da mövqeyini öyrənməyə çalışırıq…
Təqdim etdi: Samir

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?