Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bayılda təhlükəli vəziyyət: bina çökür... -FOTO

 "Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb"

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 sm çöküb.
Ə.Qaralov qeyd edib ki, Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində vəziyyətin mütəmadi olaraq dəyərləndirilməsi üçün 11 mayak quraşdırılıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.
Teleqüllə sürüşmə sahəsindəki hazırkı vəziyyəti dəyərləndirən nazirlik rəsmisi əlavə edib ki, hazırda orada sürüşmə sahəsində stabil vəziyyət hökm sürür.
Qeyd edək ki, Bayıl yamacında - "Buxta 9" ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam