Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Baş prokurorluq “İnvestA” MMC və “Bank Respublika” rəhbərliyinin qanunsuz əməllərinə niyə susur?

 Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində baş verən özbaşınalıq, “İnvestA” MMC-nin və Bank Respublikanın rəhbərləri Namiq və Natiq Quliyev qardaşlarının qanunsuz əməlləri ilə bağlı Realliq.info saytında geniş məlumat vermişik. Bununla yanaşı “Park Solero” yaşayış kompleksində ipoteka şərtləri ilə ev alan vətəndaşların müraciətini nəzərə alaraq video çəkilişlər aparmışıq. 
Yenixeber.org: Redaksiyamıza müraciət edən Abşeron rayonu, Masazır-Novxanı şosesində yerləşən, “Park Solero” yaşayış kompleksində yaşayan, Abasov Zaur Ədalət oğlu, Şahmuradov Məhərrəm Heydər oğlu, Şahmuradov Süleyman Heydər oğlu, İsgəndərova Günel Elxan qızı, Sadıqov Elmar Əhliman oğlu, Əbilov Pərviz Ağamoğlan oğlu və İbadova Qumru Arzu qızı bildirirlər ki, “İnvestA”MMC –nin sahibləri Namiq və Natiq Qiuliyev qardaşlarının qanunsuz əməlləri dövlət qurumları tərəfindən araşdırırlmır.


Xatırladaq ki, bir neçə il öncə “İnvestA” MMC rəhbərliyi tərəfindən salınan “Park Solero” yaşayış kompleksində 250 ev tikilib. Bu evlərin tikintisi zamanı vətəndaşlar işbazlar tərəfindən aldadılıb. Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olub ki, “Park Solero” yaşayış kompleksini yaradan Namiq və Natiq Quliyev qardaşları Abşeron icra hakimiyyətinin sərəncamına əsasən tikinti aprıblar, lakin təsdiq olunmuş eskiz layihəni saxtalaşdırıblar. Bununla yanaşı vətəndaşlara ipoteka şərtləri ilə satılmış evlərin ölçüləri müqavilədə göstəriləndən kiçik həcmdədir. Vətəndaşları hər evə görə 44 kv. metr aldadan Namiq və Natiq Quliyev qardaşları dövlətin küllü-miqdarda vergisini mənimsəyiblər.

Saytın araşdırmaları zamanı diqqət çəkən məqam bu şəxslərin ipoteka şərtlərini “Bank Respublika” ilə razılaşdırmaları olub. Məlum olub ki, “Bank Respublika”ya rəhbərliyi bu qardaşlar edir. Bununla sənədləri saxtalaşdıran Namiq və Natiq Quliyevlər 250 – yə yaxın vətəndaşın hüquqlarını kobud şəkildə pozublar.
Baş prokurorluq “İnvestA” MMC və “Bank Respublika” rəhbərliyinin qanunsuz əməllərinə niyə susur?
Qardaşların rəhbərlik etdiyi “İnvestA”MMC ilə “Bank Respublika”-nın şərikli oyununun qurbanına çevrilən vətəndaşların etirazları artmaqdadır. Lakin tikintini aparan şirkətin rəhbərliyi Namiq və Natiq Quliyev qardaşlarının haqlı etirazlara məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Onlar yaşayış kompleksində evlərin tikintisinin vətəndaşlar tərəfindən aparıldığını bildirir və bu yolla məsuliyyətdən yayınmaq istəyirlər. Qardaşların adına verilən sərəncam və evlərin vətəndaşlara satıldığı zaman bağlanan müqavilərlər onların yalanını üzə çıxarır. Bütün sənədlərin “İnvestA”MMC – yə məxsus olması və tikintini aparan şəxslərin Namiq və Natiq qardaşlarının olması danılmaz faktdır.

Dövlətin milyonlarla vergisini mənimsəyən, vətəndaşları hər evə görə 44 kv. metr aldadan, lakin sənədləri saxtalaşdıran bu şəxslərin qanunsuz əməllərinə biganə münasibət davam edir.
Realliq.info – ya müraciət edən vətəndaşlar Respublika Baş prokurorluğuna da şikayət ediblər. Lakin prokurorluq Natiq və Namiq Quliyev qardaşlarının cinayət tərkibli əməllərini araşdırmaq əvəzinə vətəndaşlara məhkəməyə müraciət etməyi məsləhət bilir. Nə qədər gülünc görünsədə, qanunsuz əməllər dövlətin ali strukturlarında araşdırılmır və qardaşların saxtakarlığına bəraət qazandırılır. Baş prokurorluğun onlarla vətəndaşın müraciətinə qanundankənar münasibət göstərməsi bizim də narahatçılığımıza səbəb oldu. 
Baş prokurorluq “İnvestA” MMC və “Bank Respublika” rəhbərliyinin qanunsuz əməllərinə niyə susur?
Məsələ ilə bağlı hüquqşunas, keçmiş prokurorluq əməkdaşı Fazil Əliyevin münasibətini öyrəndik. Realliq.info – nun suallarını cavablandıran Fazil müəllim Baş prokurorluğun “İnvestA”MMC rəhbərliyinin əməllərini araşdırmasına və faktlara əsaslanaraq cinayət işinin başlanmasına qərar verməsini vacib sayır: “Yazılanlardan və sənədlərə baxış zamanı məlum olur ki, 250 – yə yaxın vətəndaş MMC rəhbərliyi və bank tərəfindən aldadılıb. Həm də kənd təsərrüfatı üçün nəzərdə tutulan ərazidə tikinti aparılmasına diqqət etmək lazımdır. Burda vəzifə səlahiyyətlərindən istifadə edərək insanların aldadılması və dələduzluq faktları var. Bununla yanaşı sənədlərin saxtalaşdırılması baş verib ki, bu kimi hallarda cinayət işinin başlanılması üçün dəlillər kifayət edir. Baş prokurorluğun cinayət işini başlamaması əslində məni də düşündürür. Mülki məsələ deyib cinayət faktını ört –bastır etmək ölkə qanunlarına zidd əməl hesab edilir və prokurorluğun vətəndaşların müraciətinə verdiyi cavabdan məhkəməyə müraciət etmək olar. ”

Fazil Əliyevin fikrincə son illər Baş prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi belə faktlara biganə münasibət göstərir. İş adamları və ya sahibkarların vətəndaşları aldatması genişlənib və bu da qanunların işləməməsi, cəzasızlıq mühitinin yaranması ilə səciyyələnir.


Vətəndaşların aldadılaraq onların milyonlarla vəsaitinin mənimsənilməsi faktının araşdırılmaması ilə bağlı Realliq.info rəhbərliyi Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Bununla yanaşı, “İnvestA”MMC rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı vətəndaşların media vasitəsilə ölkə başçısına müraciətini diqqətinizə çatdıracağıq. Ümid edirik ki, Baş prokurorluqda himayədarları olan Natiq və Namiq Quliyev qardaşlarının qanunsuz əməlləri tezliklə araşdırılacaq və tədbirlər görüləcək.
Mövzuya qayıdacağıq
Realliq.info 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam