Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Qüdsdə baş verənlərə biganə qala bilmərik” -Allahşükür Paşazadə

“Qüdsdə baş verənlərə biganə qala bilmərik” - Allahşükür Paşazadə
"Qüdsdə fələstinlilərə qarşı baş verənlərə müsəlman dünyası biganə qala bilməz"

Yenixeber.org: Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, Qüds bizim üçün müqəddəsdir.
"Bu yer tək müsəlmanlar üçün deyil, bütün dinlər üçün müqəddəsdir. Orada baş verən hadisələrə biz müsəlmanlar biganə qala bilmərik. Qafqaz Müsəlmanları İdarəsi olaraq bəyan edirik ki, Qüds müsəlmanların, fələstinlilərin paytaxtıdır".

QMİ sədri bildirib ki, müsəlman dövlətləri arasında biriyin olmamasından istifadə edərək qarşıdurma yaradırlar.

"Dünən Qüdsün fəlakət günü kimi qeyd olundu. 59 nəfər şəhid oldu. Böyük faciədir. Biz təcavüzün nə olduğunu yaxşı bilirik. Ermənilərin Qarabağ torpaqlarını işğal etməsi nümunədir. Biz o ağrıları keçmişik. Beynəlxalq hüquq çərçivəsində məsələyə baxılmasına və məsələnin sülh çərçivəsində həll edilməsini istəyirik. Şəhidlərə rəhmət diləyirik. Orada baş verən hadisələrə qəti etirazımızı bildiririk".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam