Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prezidentin gömrük haqda sərt çıxışı “Broker Əbülfəz”in sonunu gətirdi –İddialar

 

 


Prezidentin gömrükdəki vəziyyətlə bağlı sərt çıxışı “Trans Broker” MMC rəhbəri Əbülfəz Məlikovun sonunu yaxınlaşdırıb

Yenixeber.org: Ə.Məlikov seçkilərdən sonra sürətlənəcək islahatlarda gömrükdən uzaqlaşdırılacaq.

Onun fəaliyyəti və özbaşınalıqları, gömrükdə dilənçilik, rüşvət bazarı açması və generalların ona bu şəraiti yaratması prezidentin səbrini daşırıb.

Dövlət başçısı gömrükdə ikinci büdcə açan və MTN bandasının əməllərindən geri qalmayan, sahibkarların dərisini üzən brokerin “zərərsizləşdirilməsi”nə başlaya bilər.

Prezident gömrükdəki vəziyyətin dəhşətli olmasını açıq şəkildə dilə gətirdi. Bu, Ə.Məlikovun sonunun başlanğıcı idi.

Son illər ərzində gömrük sahəsində vəziyyəti nizamlamaq üçün bir sıra yeni qərarlar qəbul edilib.

Lakin illər ərzində gömrük sistemində kök salan, sahibkarların qorxulu yuxusuna, qara kabusuna çevrilən bir sıra məmurlar üçün prezidentin qərarları belə əhəmiyyətsiz olub.

Gömrük sistemində dəhşətli dərəcədə korrupsiyalaşmış, sahibkarların yağmalanmasını həyata keçirən “Trans Broker” MMC və onun rəhbəri Əbülfəz Məlikovun əməlləri artıq sərhədd tanımır.

Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-qanuni nəzarət edən “Trans Broker” MMC ölkədə sahibkarlığın, normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneədir.

Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.

Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə. Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.

Bununla bağlı Publika.az məlumat verən sahibkarların sözlərinə görə, ölkədə əksər məhsulların qiymətlərinin baha olmasının əsas səbəbi gömrükdə Ə.Məlikovun brokerçilərinin tətbiq etdikləri yüksək rüşvət və monopolistlərin maraqlarını müdafiə etmələridir.

Sahibkarlar bildirir ki, prezidentin çıxışlarından ruhlanaraq öz fəaliyyətlərini genişləndirmək istəsələr də “Trans Broker” MMC-nin qanunsuz əməlləri onları çətin duruma salıb.

Gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət MMC-nin əlində olduğu üçün daxili bazarlarda qiymət tənzimləməsini də bir növ onlar həyata keçirirlər.

Sahibkarlar bildirirlər ki, əgər “Trans Broker” MMC-nin aldığı rüşvətlər olmasaydı ölkədə qiymətlər bir neçə dəfə ucuzlaşa bilərdi.

Amma Ə. Məlikovun brokerləri monopolistlərin maraqlarına uyğun olaraq elə rüşvət məbləği tətbiq edirlər ki, daxili bazarlarda qiymətlər də onların maraqlarına uyğun müəyyənləşir. Gömrükdə toplanan bu rüşvətin məbləği isə hər il milyardlarla ölçülür.

Seçkilərdən sonra gömrük xeyli şəffaflaşacaq. Sahibkarların üzləşdiyi çətinliklər aradan qalxacaq, broker Əbülfəz məsuliyyətə belə cəlb oluna bilər.

Son zamanlar Əbülfəz Məlikov ölkəyə gətirilən meyvə monopoliyasını da nəzarətə götürüb.

Bu məqsədlə “Meyvəli” topdansatış bazarında yeni sistem yaratmış Ə.Məlikovun qısa zamanda bir sıra ciddi “nailiyyətlər” də əldə etdiyi deyilir.
Belə ki, ölkəyə mer-meyvə daşımasını həyata keçirən bəzi şirkətlərin fəaliyyətlərinə süni əngəllər yaradılmaqdadır.

Məlumatlara görə əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib.

Tələb qoyulub ki, sahibkar gətirdiyi malın vergisini nağd ödəməlidir. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca “hörmət” kimi tələb edirlər.

Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir.

Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır.

Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar.

İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.

Sahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin.

Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.

Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur.

Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Məlumatlara görə Əbülfəz Məlikov uzun illər Azərbaycanda qazandığı “çirkli pullarını” Birləşmiş ərəb Əmirliklərinin lacivərd qumlu sahillərində “yumaq” istəyinə düşüb.

Əldə etdiyimiz məlumatlara görə o Dubayda yeni otel alıb, eləcə də digər sahələrə yatırımlar edərək geniş biznes şəbəkəsi formalaşdırır.

Maraqlıdır ki, dövlət başçısı dünyada yaşayan həmvətənlərimizi ölkəmizə yatırımlar etməyə səslədiyi, xarici investorları cəlb etdiyi bir zamanda Ə. Məlikov milyonları Dubayda sağa-sola səpələyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam