Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"GORANBOYUN İCRA BAŞÇISI PREZİDENTƏ QURBAN DEDİYİM QOYUNLARI MƏNƏ SATDIRDI Kİ..."-RƏZALƏT

 

Xəbərin çap versiyası

image here
Qocaman fermer Akif Rzayev: "Başçı mənə açıq şəkildə dedi ki, sənin yerinə sərəncam verdiyim adamdan 30 min almışam, onu qaytara bilərsənmi? Dedim ki, 10 min verə bilərəm..."
Yenixeber.org: Dərc etdiyimiz şikayətlərdən biri Gəncə şəhər sakini, tanınmış fermer Akif Rzayevin Prezident İlham Əliyevə ünvanlı müraciəti idi. Qocaman fermerin şikayəti Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ona məxsus (A.Rzayev Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş, vergi ödəyicisi olan kəndli-fermer təsərrüfatının rəhbəridir) qışlaq örüş sahəsinin başqa şəxsə satması barədə idi... Belə ki, başçı əsassız olaraq fermerin qışlaq sahəsinin bir hissəsini Gəncə şəhər sakini Yasin Hüseynov və onun oğlu Yelmar Hüseynova vermiş, nəticədə sonuncular Akif Rzayevin fermasının təxminən 200 metrliyində özlərinə böyük bir kompleks tikdirmişdir. Bu isə təsərrüfat rəhbəri ilə çobanlar arasında qanlı münaqişəyə gətirib çıxarmışdır... Hətta iş o yerə çatdı ki, "Təzadlar"ın reportyorları Goranboya ezam edilmiş, münaqişəli əraziyə Goranboy RPİ-nin müstəntiqi və əməliyyatçısı ilə birgə baş çəkmişdir. Polis əməkdaşları qanunsuz tikintinin dərhal dayandırılması barədə qarşı tərəfə xüsusi xəbərdarlıq etmişdir. Yasin və Yelmar Hüseynovlardan əraziyə dair hər hansı sənəd tələb edildikdə belə bir sərəncamın olmadığı üzə çıxmışdır... Və "Təzadlar"da video-foto faktlarla yazı dərc edildikdən sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev fermer Akif Rzayevi təcili İH-nə çağırtdırmış, ondan bu yazının dərhal dayandırılmasını xahiş etmişdir: "...Həmin yazıdan sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev məni icraya dəvət etdi, dedi ki, "Sənə kişi kimi söz verirəm, arxandayam, köməyinəm, bu yazını davam etdirmə, Yasin Hüseynov o fermanı qanunsuz tikib, söküləcək... Amma mənə de görüm, o bu yerə görə 30 min verib, barmağı ilə də göstərdi, dedi, onu qaytara bilərsən? Dedim, mən çoban adamam, xalqa xidmət edənəm, Prezidentin tapşırığı ilə min bir əziyyətlə qoyun-quzu bəsləyib ucuz qiymətə satıram... Gücüm 10 minə çatar. Axı halal, qanuni sənədlərlə, vergisi verilən örüş yerimə görə niyə xərcə düşüm? Nizaməddin Quliyev dedi ki, "Fermanda 100 baş boynu qırmızı bantlı erkək bəsləyirsən, onu sat...".Dedim ki, bu heyvanlar Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin qələbəsinə qurban kəsiləcək... O da dedi ki, "50-si bəsdi, 50-ni gətirərsən...". Dedim, onları saf niyyətimlə qurban demişəm, amma başqasını verərəm... Beləcə ayrıldıq. Bir neçə gündən sonra öyrəndim ki, acığa düşüb başımın üstündən Yasin Hüseynova sərəncam verib... Hansı ki, o mənə kabinetində kişi sözü vermişdi...".
"GORANBOYUN İCRA BAŞÇISI PREZİDENTƏ QURBAN DEDİYİM QOYUNLARI MƏNƏ SATDIRDI Kİ..."
"GORANBOYUN İCRA BAŞÇISI PREZİDENTƏ QURBAN DEDİYİM QOYUNLARI MƏNƏ SATDIRDI Kİ..."
Fermer Akif Rzayev bu gün səhər tezdən Bakıya gəlib:
-Bu gün Prezident Administrasiyasında olacağam. Bu məsələ həllini tapmasa, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev cəzalandırılmasa, başqa sərt addımlar atacağam... Mən Sizə onun qanunsuz və saxta sərəncamının surətini, özümün cənab Prezident İlham Əliyevə müraciətimi verirəm... Yazdıqlarıma başımla cavabdehəm. Artıq bu cür yaşamaq mümkün deyil. Goranboyda min hoqqadan çıxan Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev görün nə qədər məsuliyyətini itirib ki, Prezidentin seçki qələbəsinə qurban dediyim heyvanlara da göz dikib, "50-ni mənə ver!" deyir... Deməli, bu başçı üçün İlham Əliyevin qələbəsinin heç bir əhəmiyyəti yoxdur... Problem həllini tapmasa, rayona qayıdan deyiləm... 
"Təzadlar"dan: daha geniş yazı hazırda çapa hazırlanır. Bizi izləyin...
(Təzadlar.az)
"GORANBOYUN İCRA BAŞÇISI PREZİDENTƏ QURBAN DEDİYİM QOYUNLARI MƏNƏ SATDIRDI Kİ..."

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam